"27 sentyabr Azərbaycan tarixinə Böyük Zəfərin və 44 günlük müharibənin ilk günü kimi yazılıb" - Bəhruz Quliyev

"27 sentyabr Azərbaycan tarixinə Böyük Zəfərin və 44 günlük müharibənin ilk günü kimi yazılıb" - Bəhruz Quliyev"27 sentyabr Azərbaycan tarixinə Böyük Zəfərin, möhtəşəm Qələbənin, 44 günlük müharibənin ilk günü kimi yazılıb. Məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Ordumuzun rəşadəti, xalq və dövlətin birliyi imtahan edildi, sınaqlardan daim alnı açıq çıxan vətənpərvər Azərbaycan gəncliyi bu dəfə də Vətən üçün sinəsini qabağa verdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsində fərarilik faktının olmaması xalqımızın doğma torpağı uğrunda hər an silaha sarılmağa hazır olduğundan xəbər verdi. Prezident İlham Əliyevin qismən səfərbərlik elan etməsi də könüllü olaraq döyüşə getmək istəyənlərin qarşısını ala bilmədi. Hər kəs cəbhədə əldə ediləcək qələbədə payının olmasını istəyirdi. Sosial vəziyyətindən, maddi imkanından asılı olmayaraq bütün vətəndaşlar orduya dəstək üçün müraciət edir, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri cəbhəyə getmək üçün səfərbərlik idarələrinə üz tuturdular. Bu, xalqımızın birliyi, dövlətinə olan inamı, ordusuna, Ali Baş Komandanına olan güvəni idi".

Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev xüsusi olaraq qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu:

"Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı qətiyyətlə bəyan etdi: "Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq". Bəli, Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri də bunu bir daha sübut etdi".

Bəhruz Quliyev vurğulayıb ki, 44 günlük müharibədə Azərbaycan Ordusu düşmənə layiqli cavab verməklə bir daha Vətənə olan məhəbbətini nümayiş etdirdi, digər tərəfdən bəyan etdi ki, Azərbaycan 30 il ərzində beynəlxalq hüquqa söykənib, BMT TŞ-nın dörd qətnaməsinə riayət olunmasını tələb edib və dünyadan ədalət istəyib:

"Təəssüf ki, dünyanın nüfuzlu təşkilatları və dövlətləri Ermənistanı müdafiə edərək işğala məruz qalanla işğalçı arasında heç bir fərq qoymayıb. Ali Baş Komandan İlham Əliyev 17 il ərzində yetişdirdiyi ordusuna və xalqına, o cümlədən dost ölkələrə güvəndi, 44 günlük müharibə ilə Qarabağı işğaldan azad etdi. Bir xalq, dövlət olaraq qürur hissi keçiririk ki, uzun illərdən sonra ərazi bütövlüyümüzü və surenliyimizi bərpa etdik, Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alındı. Qazanılan parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisi, milli həmrəyliyimizin təcəssümü, "Dəmir yumruq" və ali ədalətin təntənəsidir. Əsrlər keçəcək xalqımız daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 748   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr