Azərbaycan xalqı 44 günlük müharibə zamanı bir bayraq altında birləşdi

Azərbaycan xalqı 44 günlük müharibə zamanı bir bayraq altında birləşdiPrezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, 27 sentyabrın Azərbaycanın siyasi və hərbi tarixində müstəsna yeri var:

"27 sentyabr zəfərin başlanğıc günüdür. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti, ordusu və xalqı böyük şücaət və qəhrəmanlıq göstərərək torpaqları işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin! Azərbaycan dövləti dünyaya nümunə oldu. Azərbaycan şəhidləri, gəncləri vətən, xalq və torpaq sevgisinin nə qədər üstün olduğunu dünyaya sübut etdi. Məhz Azərbaycan himnində "Səndən ötrü can verməyə cümlə hazırız!" fikirləri boş məna vermir. Gənclərimiz həmin sözlər aktında canlarını qurban verdilər. Şəhidlərimiz öz yaşamaq hüquqlarından keçdi. Minlərlə can Azərbaycan torpaqları uğrunda qurban oldu. Azərbaycan dövləti hərb tarixində klassik-müasir müharibə apardı. Elə oldu ki, Şuşada bir sıra ərazilər yüngül silahlar ilə işğaldan azad olundu. Hadrutda isə xüsusi əməliyyat keçirildi".

Ekspertin sözlərinə görə, dünya hərb tarixində yeganə hadisə idi ki, müharibə zamanı torpaqlarımızı itirmədik. Düşmən bir dəfə də olsun əks-hücuma keçə bilmədi:

"Bütün bunlar Azərbaycan Ordusunun dözümündən, cəsarətindən irəli gəlir. 24 saatlıq antiterror əməliyyatları və 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdi. Dünya hərb akademiyalarında müharibələr araşdırılır. Elə dövlətlər var ki, bu gün də müharibə aparırlar. Onların əraziləri böyükdür və əhalisinin sayı çoxdur. İqtisadiyyatı isə güclüdür. Azərbaycan qısa müddətdə müharibəni yekunlaşdırdı. Bütün bunlar düzgün taktikanın müəyyənləşməsindən irəli gəlir. Ali Baş Komandan həm ordumuza, həm də diplomatik sahədə rəhbərlik edirdi. Ölkə başçısının dünya mediasına ardıcıl müsahibələr verirdi. Azərbaycan xalqı 44 günlük müharibə zamanı bir bayraq altında birləşdi. Dəmir yumruğun iki rəmzi var. Biri xalqın birliyi, digər isə düşmənin başını əzən yumruğu ifadə edir. Baş verənlər dosta və düşmənə mesaj oldu ki, Azərbaycan xalqı torpaqlarını çox sevir. Gələcək nəsillər üçün bu bir örnəkdir. Ordumuz və dövlətimiz var olsun!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1088   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr