"Füzulinin azad olunması bizim üçün dönüş nöqtəsi oldu" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI

"Füzulinin azad olunması bizim üçün dönüş nöqtəsi oldu" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Bu gün Vətən Müharibəsi Şəhidlərinin anım günüdür.

Vətən müharibəsi iştirakçısı Əli Əliyev Sonxeber.az- a müharibə xatirələrini danışıb:

ilk olaraq döyüşlərə hansı istiqamətdə başladınız ?

"İlk olaraq Füzuli istiqamətindən yola düşmüşdük, bilirdik ki, hələ hər şey qarşıdadır. Hər kəsin içində bir həyəcan, qarışıq hisslər vardı. Yol boyu gördüyümüz dağıntılar ürəyimizi ağrıtsa da, bir tərəfdən də bilirdik ki, azadlıq yolundayıq. Əslində, bizi irəli aparan da bu inam idi".

Döyüş yolunda ən yaddaqalan xatirəniz nə oldu ?

"Yadda qalan ən güclü anlardan biri, maşınlarımızın dayandığı vaxt idi. Hamı sakit idi, amma gözlərdəki qətiyyət hər şeydən çox danışırdı.Bir dostumuz zarafatla dedi: "Yaxşı, uşaqlar, gəldik də, indi nə edirik?" Bu cümlə o an çox sadə səslənsə də, hamı gülüşdü, çünki bilirdik ki, bu zarafatın arxasında böyük ciddilik var. Biz sadəcə irəli gedirdik, geri dönmək heç kimin ağlından keçmirdi. Yadda qalan məqamlar çox idi. Zarafatlar, çətin anlar, sevinc və kədər bir-birinə qarışmışdı. Ancaq ən çox yadımda qalan o birlik və dostluq hissi oldu.Bir məqsəd uğrunda döyüşmək və o məqsədə çatmaq – bunun necə güclü bir hiss olduğunu o dövrdə yaşadıq".

Füzulinin azad olunması bizim üçün dönüş nöqtəsi oldu:

"Füzulinin azad edilməsi bizim üçün böyük bir dönüş nöqtəsi oldu. Çünki o istiqamətdə çox ağır döyüşlərimiz oldu.Döyüşün ortasında dostlarımızın üzlərindəki ifadələri heç vaxt unuda bilmərəm – həm yorğun, həm də qürurlu. Qələbənin dadını hiss etmək möhtəşəm idi. Hər kəs bir-birinə sarıldı, torpağı qucaqladı. Elə bilirdik ki, dünya bizimdir o an.

Amma təəssüf ki, itkilərimiz də oldu.O döyüşlərdə çox yaxın dostlarımızı itirdik. Onların itkisi bizim üçün ən ağır məqamlar idi. Hər dəfə bu barədə düşünəndə, o anların ağrısı yenidən qayıdır. Amma onların ruhu bizimlə qaldı və biz onların yarımçıq qalan işini davam etdirdik".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1001   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr