"Hər bir döyüşçü özündən əvvəl döyüş yoldaşını düşünürdü" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI

"Hər bir döyüşçü özündən əvvəl döyüş yoldaşını düşünürdü" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISITorpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində minlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində vətənimiz düşmən tapdağındam azad edildi. Amma təəssüf ki, bu yolda itkilərimiz də çox oldu.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Bu gün Vətən Müharibəsi şəhidlərinin anım günüdür.

"Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı medalı" və "Vəzifə borcunu yerinə yetirdiyinə görə Fəxri Fərman" mükafatları ilə təltif olunmuş vətən müharibəsi iştirakçısı Asim Əliyev Sonxeber.az – a müharibə xatirələrindən danışıb:

"Bizim üçün hər şey Tovuz döyüşlərindən başladı. Cənab General Polad Həşimov və digər Azərbaycanın mərd oğullarının şəhadətə ucalmasından sonra bir Azərbaycan gənci olaraq öz üzərimə düşəni edib könüllü qeydiyyatdan keçdim. 27 sentyabr Müzəffər Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq döyüş əməliyatlarına başlaması ilə mən də ordu sıralarına qatıldım. Bu mənim üçün bir qürur və fəxr idi. Çünki bu uşaq vaxtlarımızdan bizə öyrədilən vətən torpaqlarının işğal tarixinə son qoymaq üçün bir şans, gələcək nəsillərimizin alnı açıq yaşaması üçün biz gənclərin üzərinə düşən borc idi. Döyüşlərə ilk dəfə Füzuli istiqamətində başladıq. Füzuli Cəbrayıl və Zəngilan istiqamətində döyüşlərdə iştirak etmişəm. Müharibə zamanı itkilərimizin olması məni və döyüş yoldaşlarımı kədərləndirsə də, hər gün yeni azad olunmuş torpaqlarda Azərbaycan bayrağının dalğalanması bizlərə qürur hiss verirdi. Müharibə zamanı xalqımızın necə həmrəy olduğunu biz əsgərlərə isti geyimlər, ərzaqlar göndərəndə anladım. Bu bizləri daha da ruhlandırırdı, çünki bizim arxamızda bütöv, həmrəy bir xalq dayanırdı. Bir belə olsun müharibədə iştirak etdiyimdən peşman olmamışam. Ən əsası bir ömür qalacaq dostlar qazandım. İnsan gerçək dostluğu çətin anlarda qazanır. Birinin həyatı digərinə əmanət olduğu üçün hər bir döyüşçü özündən əvvəl döyüş yoldaşını düşünürdü. Əfsuslar olsun ki, 3000 dən çox şəhidimiz, ürəyi hər zaman yaralı qalan şəhid valideynlərimiz və övladlarımız var. Mən bu gün onların hər birinin qarşısında baş əyirəm. Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu vətənin, xalqın onlara borcu var".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1150   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr