"Müharibənin rəngi bozdur, onda heç bir romantika, heç bir rəng yoxdur" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI

"Müharibənin rəngi bozdur, onda heç bir romantika, heç bir rəng yoxdur" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Həmin gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açıldı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.

Bu gün Vətən Müharibəsi şəhidlərinin anım günüdür.

Vətən Müharibəsi iştirakçısı İ.Məmmədov Sonxeber.az – la müharibə xatirələrini bölüşüb:

"Müharibə barədə danışmaq eşidənlərin əksəriyyəti üçün maraqlı olsa da orada baş verənləri yaşamış insanlar üçün hər zaman ağırdır. Bir müəllim kimi dərs dediyim şagirdlərimlə yaşıd gənclərin şəhid olmasını görmək çox ağırdır. Deyirlər ki, müharibədə ilk qorxu olur, bu qorxu yerini cəsarətə verir, üçüncü mərhələdə isə artıq heç nə hiss etmirsən. Bu o deməkdir ki, savaş insanı ağlı ilə hərəkət edən bir varlıq olmaqdan çıxarır, insan instinktləri ilə davranmağa başlayır.Ətrafında baş verənlərə laqeyd olursan, bütöv görməyə alışdığın insan əzalarını bir-birindən ayrılmış görmək sənin üçün adiləşir, həyatda qalmaq üçün öldürməli olduğunu həm şüurlu, həm də instiktiv şəkildə anlayırsan. Post müharibə dövrünün keçmiş döyüşçülərinin intihar etməsinin səbəbi budur. Bu, əməliyyatdan çıxmış xəstənin narkozdan ayılmağına bənzəyir.Etdiklərin və gördüklərin barədə aydın düşünməyə başladığın andan kabuslar görməyə, şəhid yoldaşların haqqında daha çox düşünməyə və ətrafındakı insanların obyektiv laqeydliyindən inciməyə başlayırsan. Bütün bunları atlatmaq üçün cəmiyyətə daha tez adaptasiya olmalı, lazım gələrsə psixoloji dəstək alınmalıdır. Məni bu çətin psixoloji vəziyyətdən çıxaran müəllim işləməyimdir.Şagirdlərlə işləyib onların saflığından, şirin aruzlarından, insanı gələcək barədə ümidləndirən xəyallarından yaxşı mənada təsirlənməmək mümkün deyil. Cəmiyyətdə isə bu həmişə belə deyil".

Müharibənin rəngi bozdur, onda heç bir romantika, heç bir rəng yoxdur:

"Bu gün Vətən müharibəsindən dörd il keçib, bir döyüşçü kimi gənclərin bu mövzulara münasibətini görüb üzülürəm.Çox təəssüflər olsun ki, mövzunun həssas və xalqımızın emosional olması fürsətçilərin bu mövzudan sui-istifadəsinə yol açır. Bu günün gənci nifrətlə yaşamamalı, vətənpərvərliyin təkcə əldə silahla döyüşməkdən ibarət olmadığını anlamalıdır.Bir müəllim kimi pedaqoji fəaliyyətim dövründə şagirdlərimin həm bir şəxsiyyət, həm də bilgili vətəndaş olmasına çalışmışam.Bu gün şagirdlərimdən "Məni vətənpərvər kimi tanımanızın səbəbi nədir?" sualının qarşısında "Çünki müharibədə iştirak etmisiniz" cavabını almaq məni narahat edir.Keçmişi unutmaq lazım deyil, ancaq bu onunla yaşamaq anlamına gəlmir. Ətrafda bir müharibə romantikası ab-havsı var. Müharibənin dəhşətlərini görüb, onu öz üzərində hiss edən biri kimi sizi əmin edirəm ki, müharibənin rəngi bozdur, onda heç bir romantika, heç bir rəng yoxdur.Bir sözlə vətənpərvərliyi alçaqların son çarəsi olmaqdan çıxarmaq, həqiqi anlamına qaytarmaq lazımdır.Bir işçinin vətənpərvərliyi onun gördüyü işə münasibəti, bir məmurun vətənpərvərliyi öz xalqına göstərdiyi xidmət və münasibətlə ölçülür. Müəllim olaraq mənim vətən qarşısında ən böyük xidmətim şagirdlərimi sosial bacarıqlı, məsuliyyətli vətəndaş kimi yetişdirmək və öz ixtisasım onlara sevdirib, öyrətmək olduğunu düşünürəm. Arzu edirəm ki, vətənimiz bir daha müharibə dəhşətləri ilə üz-üzə qalmasın, ətrafdan top səsləri deyil, gülüş səsləri eşidilsin. Anaların gözlərində matəm deyil, sevinc göz yaşları olsun".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 925   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr