"Biz zəfərlə elə yeniliklər yaratdıq ki, hələ də qələbəmiz dillərdə dastandır"- DEPUTATDAN AÇIQLAMA
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
Ölkə Prezidenti İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Bu gün vətən müharibəsi şəhidlərinin anım günüdür.
"Biz zəfərlə elə yeniliklər yaratdıq ki, hələ də qələbəmiz dillərdə dastandır" bu sözləri Sonxeber.az – a açıqlamasında deputat Vüqar İsgəndərov deyib:
"Dünyada Azərbaycan qədər başı bəlalar çəkən, torpaqaları əlindən alınan, işğal olunan, insanları soyqırıma məruz qalan, tarixi mədəniyyət abidələri dağıdılan az dövlətə rast gəlmək olar. Əsrin əvvəlindən bütün bu saydığımız böyük problemlər daha da sürətləndi. Düşmənlərimiz torpaqlarımızı işğal etdi. Bu proses Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə dəvət olunana qədər davam etdi. Ulu Öndər hakimiyyətdə olanda bütün bunların qarşısını aldı. Biz 90-cı illərin əvvəllərindən müstəqilliyimizi bərpa etdik. 1993-cü ildə Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə gəlməsi Azərbaycanı dərin uçurumlardan qurtardı. İşğal dayandırıldı, ordu quruculuğuna başlanıldı. Ölkədə islahatlar həyata keçirildi. İqtisadi dirçəliş başladı. Bu siyasəti ölkə başçımız İlham Əliyev prezident seçildiyi ilk gündən etibarən davam etdirməyə başladı. O, 2003-cü ildə ilk andiçməsində bütün azərbaycanlıların prezidenti olacağına və qarşımızdakı Dağlıq Qarabağ problemini həll edəcəyinə söz verdi. Prezidentimiz Ali Baş Komandan kimi verdiyi vədə əməl etdi. Biz şanlı qələbə qazandıq. Bizim qələbəmiz 27 sentyabr 2020-ci ildən başlayır. Həmin gün Azərbaycan ordusu əks hücuma keçərək torpaqlarımızı düşmən tapdağından azad etdi. 27 Sentyabr Anım Günü kimi qeyd edilsə də, qəhrəmanlıq salnaməsinin, zəfərin başlanğıc günü idi. Böyük tarixi qələbənin müjdəçisi idi. Biz bu qələbəni Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə, ağlına, zəkasına, ordumuzun rəşadətinə, şəhidlərimizin ruhuna, qazilərimizin əziyyətinə və ümumi olaraq xalqımızın birliyinə görə qazandıq.
27 sentyabrdan 10 noyabra qədər olan günlərdə Azərbaycan xalqı dəmir yumruğa çevrilərək düşmənin başını əzdi. Bu tarixi qələbə ilə Azərbaycan öz qürurunu, mənliyini bərpa etdi. Bütün dünya Azərbaycandan danışdı. Biz zəfərlə elə yeniliklər yaratdıq ki, hələ də qələbəmiz dillərdə dastandır. 3000-ə yaxın şəhidimiz göz qırpmadan vətən uğrunda canlarını fəda etdilər. Dünya bir xalqın qəhrəmanını necə yetişdirdiyini, vətənpərvər igid oğlun necə olduğunu və müasir çağdaş beşinci nəsil savaşın necə aparıldığını gördü. Biz 27 Sentyabrdan başlanan mübarizəni zəfərlə sona çatdırdıq. Bütün dünya Azərbaycana heyrətlə baxdı. Dostlarımız sevindi, düşmənlərimiz kədərləndi. Bu gün bizim bir gözümüz ağlasa da, bir gözümüz gülür. Çünki şəhidlərimizin, yaralarımızın olmasına baxmayaraq həm də o yaralarımızın sağalması günü kimi bu günü qeyd edirik. Biz bu gün post müharibə dövründə azad etdiyimiz ölkəmizin dilbər guşələrini yenidən qururuq. Ora artıq böyük qayıdış konsepsiyası ilə insanlarımızı köçürürük. Öz yurdundan didərgin düşən vətəndaşlarımız artıq vətələrinə qayıdır, orda yaşamağa başlayır. Bu böyük tarixi qələbə, Ali Baş Komandanın zəfəri, Azərbaycan xalqının şanlı qələbəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə