Oğurluq üçün yaşlı qohumunu vanna otağında döydü
Adanada Halil İbrahim Akay (35) adlı şəxs qohumu Harun Eşimi (74) öz evinin vanna otağında döyüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 12:00 radələrində Yüreğir rayonunun Barış məhəlləsindəki 2 mərtəbəli fərdi yaşayış evində baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Halil İbrahim Akay evdə tək yaşayan qohumu Harun Eşimin yanına gedib. Onlar birlikdə yemək yeyiblər. Bir müddət sonra Akay vanna otağına gedib və "Harun xala, kranın qırıldı" deyərək onu yanına çağırıb. Burada Akay Harun qadını çəkiclə döyüb və üzünə bibər qazı vurub. Daha sonra Halil İbrahim Akay qadının barmağındakı nikah üzüyünü və mobil telefonunu götürüb, sonra evdən çıxaraq qapını onun üzünə bağlayıb.
Qadın pəncərəyə tərəf sürünərək qonşularından kömək istəyib. Onun qışqırtısını eşidən qonşular şübhəli Halil İbrahim Akayı küçəyə çıxarkən yaxalayıblar. Məhəllə sakinləri Akayı polisə təhvil veriblər. Başından və qollarından aldığı zərbələrdən yaralanan Harun Eşim təcili yardımla Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Qadın müalicəsindən sonra evə buraxılıb.
Saxlanılan şübhəli Halil İbrahim Akay Köprübaşı Polis Bölməsinə aparılıb. İfadəsinin ardından ədliyyəyə sövq edilən Akay məhkəmə tərəfindən həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2422 Tarix: 01 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng
21 sentyabrAyı arı pətəklərini dağıdıb balları yedi
Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib
24 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrAç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Gecə saatlarında fermaya daxil olan ac qurd sürüsü həyətdəki itə hücum edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən fermalardan birində baş verib. Gecə yarısı ac qaldıqları ehtimal edilən qurdlar ferma ərazisinə daxil olaraq həyətdəki itə yaxınlaşıblar
23 sentyabrSabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 100 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfində
26 sentyabrBakıda açıq ərazidə YANĞIN BAŞLADI
Paytaxtın Xətai rayonunda, "NZS" ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınl
25 sentyabr