"Biz öz resurslarımıza əsaslanaraq güclü və müstəqil bir iqtisadiyyat yaratmışıq" - DEPUTAT

"Biz öz resurslarımıza əsaslanaraq güclü və müstəqil bir iqtisadiyyat yaratmışıq" - DEPUTAT"Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf müsbət dinamika ilə davam etmiş, nəticədə iqtisadi artım 4,3 faiz təşkil etmişdir. Hərbi potensialın artırılması və işğaldan azad olmuş ərazilərin bərpa, quruculuq işlərinin böyük həcmdə xərc tələb etməsinə baxmayaraq, Azərbaycan əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün də növbəti il bir sıra yeniliklər gözlənilir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki,prezident öz çıxışında gələn il minimum əmək haqqının və pensiyaların artırılması mesajını verdi:

"2023-cü ilin yanvar ayında minimum əmək haqqı 15% artırılaraq artırılaraq 345 manat olmuşdu, minimum pensiyanın məbləği isə 16,7 faiz artırılmış, artım 100 minədək pensiyaçını əhatə etmişdi. Növbəti il üçün yeni sosial irəliləyişlər ölkə əhalisinin rifahına xidmət göstərəcək.

Dövlət tərəfindən aparılan sosial islahatlar nəticəsində son illərdə əhalinin rifah halı yaxşılaşdırılmış, bu yöndə keyfiyyətli və əlçatan tibbi xidmətlər də vətəndaşlarımız üçün təmin edilmişdir. Belə ki, icbari tibbi sığorta sistemi çərçivəsində 3315 tibbi xidmət xidmətlər zərfinə daxil edilmişdir. Bu xüsusda ən bahalı müayinələr, cərrahi əməliyyatlar belə əhali üçün ödənişsiz və ixtisaslı həkimlər tərəfindən, müasir və infrastrukturlu xəstəxanalarda həyata keçirilmişdir. Tibbi xidmətlərin keyfiyyətinin ildən-ilə artırılması davam edir. İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv etməyə imkan yaradır.

Azərbaycanın iqtisadi inkişaf modeli artıq dünya miqyasında öz təsdiqini tapıb. Biz öz resurslarımıza əsaslanaraq güclü və müstəqil bir iqtisadiyyat yaratmışıq və heç bir xarici asılılığımız yoxdur. İqtisadi müstəqillik bizə beynəlxalq səviyyədə geniş imkanlar verir ki, Azərbaycan müstəqil xarici siyasətini uğurla həyata keçirə bilsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 908   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr