Açıq "Wi-Fi"dan istifadə edənlərə XƏBƏRDARLIQ - Pullarınız oğurlanır!
Türkiyədə aparılan araşdırma göstərib ki, ictimai yerlərdə parolsuz "Wi-Fi"lara qoşulmalar istifadəçilər üçün bəzi risklər yaradır.
Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəsislər bu cür qoşulmalardan sonra mobil bank proqramlarından istifadə zamanı maliyyə məlumatlarının kibercinayətkarların əlinə keçməsinin mümkün olduğu qənaətinə gəliblər.
Təhlükəsizlik mütəxəssisləri bildiriblər ki, kibercinayətkarlar öz məqsədlərinə çatmaq üçün istənilən rəqəmsal kanaldan alət kimi istifadə edə bilərlər. Aparılan araşdırmalar göstərib ki, gündəlik həyatda internetə qoşulmaqla xidmətlərdən istifadə edən şəxslər lazımi təhlükəsizlik tədbirlərinə əhəmiyyət vermir, istifadə zamanı bəzi səhvlərə yol verilməsi kibercinayətkarlar üçün əla fürsətlər yaradır və nəticədə kart və ya adi hesablarda olan böyük məbləğdə vəsaitlər mənimsənilir. Buna görə də türkiyəli mütəxəsislər mobil tətbiqlərdən istifafə edən şəxslərin virtual dünyanın təhlükəsizlik qaydalarını yaxşı öyrənməyi, rəqəmsal savadlılıq səviyyəsini artırmağı tövsiyə edirlər.
Ən çox fırıldaqçılığın mobil bankçılıq proqramları vasitəsilə həyata keçirildiyinə diqqət çəkən mütəxəsislər, son zamanlar bu kiber təhdidlərin artdığını bildiriblər. Tövsiyə olunur ki, riskləri minimum endirmək üçün bank hesabları və ya bank kartlarının parolları hər 3-6 aydan bir yenilənsin, eyni zamanda xidmət göstərən qurumlar istifadəçilərə daha təkmil parollar təklif etsinlər.
Bundan başqa, bankların adından e-poçt və ya mesaj vasitəsilə gələn tələblərə cavab verilməməsi, kart məlumatların paylaşılmaması, yalnız etibarlı saytlarda alış-veriş edilməsi də məsləhət görülür.
Mütəxəssislər xəstəxanalar, kafelər, restoranlar, istirahət mərkləzləri, parklar kimi yerlərdə açıq olan "Wi-Fi" şəbəkələrinə qoşulan zaman internet bankçılıq xidmətindən yararlanmamağı tövsiyə edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 870 Tarix: 03 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabr