Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır" - AÇIQLAMA

Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır" - AÇIQLAMA"Qatar və avtobusların sərnişindaşımada istifadəsi məqsədilə marşrutların açılması üçün əvvəlcədən təhlillər aparılmalıdır. Bu təhlillər əsasında hansı istiqamətdə iqtisadi səmərəlilik varsa, həmin istiqamətdə reyslərin açılması, yaxud avtobus sayının artırılması barədə qərar qəbul edilir. Bakı-Balakən istiqamətində qatarların fəaliyyətinin niyə dayanması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə müzakirə olunmalıdır. Hesab edirəm, Balakən uzaq rayondur və bu istiqamətdə sərnişindaşımalar kifayət qədər baha həyata keçirilir. Yəni xüsusi maşınlar, özəl şirkət avtobusları ilə daşımalar xeyli bahadır. Yerli əhali də bu istiqamətdə aktiv olmalıdır. Bu gün Balakənə kiçik avtomobillərlə, yaxud mikroavtobuslarla 25-30 manata gedirlərsə, qatarla 15 manata gedib-gələ bilərlər. Qazaxa açılan sürət qatarının biri də Balakənə açıla və ucuz qiymətə sərnişinləri daşıya bilər. "Azərbaycan Dəmir Yolları" QSC dövlətin şirkəti olduğuna görə bütün məsələləri iqtisadi səmərəlilik baxımından qiymətləndirməməlidir. ADY-nin monopoliyasına son qoyulmalıdır".

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

O bildirib ki, digər dəmir yol şirkətləri də Azərbaycana dəvət edilməli, ən azı onların maraqları təmin olunmalıdır: "Azərbaycana gəlsinlər və ölkəmizdə dəmir yol sərnişindaşımaları ilə məşğul olsunlar. Yaxud monopoliyanı saxlayırlarsa, əhalinin sosial vəziyyətini də nəzərə almalıdırlar ki, burada alternativ yoxdur. Əhalinin də xərci digər daşımalarda çox çıxır. Onda istiqamətlər üzrə qatarların işləməsi təmin edilməlidir. İndi əslində əksər bölgələrə reyslər dayanıb. Məsələn, əvvəllər Beyləqan-Füzuli, Bakı-Qafan, Bakı-Mincivan, Bakı-Naxçıvan qatarları işləyirdisə, indi onlar da işləmir. Bakı-Qafan qatarı Horadiz şəhərinə qədər işləyirdi. Son zamanlar onu da dayandırıblar. Bu məsələni əhali daha çox qaldırmalı, maraqlanmalıdır. Vətəndaşlar AYNA-nın qaynar xəttinə zəng edib tələb etməlidirlər ki, nəyə görə bu istiqamətlərdə qatar açılmır. Tələb olmalıdır ki, AYNA da bu barədə düşünsün. Əhali tələb etmədiyinə görə düşüncə də yoxdur. AYNA-nın rəqibi də yoxdur. Əksər hallda rəqib şirkəti daha məhsuldar, effektiv, səmərəli işləməyə məcbur edir. Rəqib olmadığına görə tənbəllik yaşanır. İstənilən halda əhalinin tələbi onlara çatmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1433   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr