Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? – AÇIQLAMA

Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? – AÇIQLAMASon günlər tez-tez məktəbli yeniyetmələrin cinayət törətməsi kimi hadisələrin şahidi oluruq. Bəs görəsən bu şəxsləri hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, törətdikləri cinayətə əsasən yetkinlik yaşına çatmayan şəxslərə on ildən çox olmayan müddətə həbs cəzası təyin edilə bilər:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən on dörd yaşı tamam olmuş şəxs qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa görə cinayət məsuliyyətinə cəlb edilir.Əgər 14 yaşı tamam olmamışdırsa onun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər.

Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
1) cərimə; 2) ictimai işlər; 3) islah işləri; 4) azadlığın məhdudlaşdırılması
5) müəyyən müddətə azadlıqdan məhrum etmə.

Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:
1) xəbərdarlıq;
2) valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;
3) vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
4) yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2350   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Müstəqi

28 yanvar
.

"Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. 15 il ərzində "Araz" ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrindən birinə çevrilərək, geniş mağaza şəbəkəsi, minlərlə əməkdaşı və sosial məsuliyyətli fəaliyyət

28 yanvar
.

Vaqif Səmədoğlunun xanımı: "Mən istəmədim ki, övladımız olsun"

"Mən istəmədim ki, övladımız olsun. Hər ikimizin övladları vardı və bu mənim şəxsi fikrimdir". xəbər verir ki, bu fikirləri "Teleqraf"a müsahibəsində mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova deyib. O bildirib ki, onun ilk nikahından bir qızı var, Vaqif Səmədoğl

28 yanvar
.

Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM

Bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi gözlənilir. Fevralın 18-də Azərbaycan səmasında yeni ayın görünəcəyi proqnozlaşdırılır. QMİ-nin təqviminə əsasən xəbər verir ki, Ramazan ayı fevralın 19-da başlayacaq. Müqəddəs ayda Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadü

28 yanvar
.

"Baku Medical Plaza"da yanğın olub? - Açıqlama

"Baku Medical Plaza" klinikalar şəbəkəsinin Babək filialında yanğın hadisəsi baş verməsi barədə iddialar yayılıb. Yayılan iddialarla bağlı sözügedən klinikalar şəbəkəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:50 radələrində filialda qısaqapanma nəticəsind

28 yanvar
.

Nestle və Swissneo qalmaqalından sonra: körpələr üçün təhlükəsiz qida axtarışı - PEDİATRDAN AÇIQLAMA

Son dövrlərdə dünyada və ölkəmizdə Nestle və Swissneo markalarına məxsus bəzi uşaq qidalarında təhlükəsizliklə bağlı problemlərin üzə çıxması valideynlər arasında ciddi narahatlıq yaradıb. Xüsusilə körpə və azyaşlıların qidalanması mövzusunda hər hansı risk cəmiyyət üçün həssas məsələ hesab olunur. Qid

28 yanvar
.

"Yeni qanunda çətin həyat şəraitində olan uşaqların aşkarlanması üçün xüsusi mexanizmlər nəzərdə tutulur" - Bahar Muradova

Qüvvədə olan "Uşaq hüquqları haqqında" qanun müasir tələblərlə uzlaşmır. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında "Uşaq hüquqları haqqında" yeni qanu

28 yanvar
.

Qırmızı kələm turşuları süni rənglənir? - Video

Sosial şəbəkələrdə yayılan görüntülərdə bazarlarda satılan qırmızı kələm turşularına rəng qatmaq üçün süni boyalardan istifadə edildiyi iddia olunub. Belə ki, səsləndirilən iddialarda İrandan gətirilən boyanın təsiri ilə kələm turşusunun cəmi 3 gün ərzində hazır olduğu deyilib. "Qafqazinfo"nu

28 yanvar
.

Yeni Günəşli, Zabrat, Masazır, Saraya ne zaman metro xətləri çəkiləcək? - RƏSMİ

Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərd

28 yanvar