"Vətən müharibəsində əldə etdiyimiz zəfər beynəlxalq hüququn və ədalatin təntənəsidir" - DEPUTAT

"Vətən müharibəsində əldə etdiyimiz zəfər beynəlxalq hüququn və ədalatin təntənəsidir" - DEPUTAT"Biz dünyaya sübut etdik ki, qəhrəman Azərbaycan xalqı və dövləti var".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, biz hər zaman münaqişəni sülh yolu ilə həll etmək istəmişik:

"Mən işimlə əlaqədar olaraq çoxsayılı beynəlxalq tədbirlərdə iştirak etmişəm. Beynəlxalq tədbirlərdə başqa hər zaman ölkənin nümayənləri bizə bir az fərqli baxırdılar. Çünki torpaqlarımızın 20 faizi işğal altında idi. Biz öz çıxışlarımızla və prinsipiallığımızla bəzi fikirləri lehimizə çevirə bilirdik. Amma buna rəğmən yenə də bir vətəndaş olaraq natamamlıq hissi yaşayırdıq. Ölkənin konstitusion quruluşu onun ərazisinin beşdə bir hissəsində təmin olunmurdu. Orada separatizmin tüğyan edirdi. Qondarma bir xunta rejimi təşkil olunmuşdu. Buna görə də biz xarici ölkələrdə olduğumuz zaman bu natamamlıq hissini yaşayırdıq. Beynəlxalq tədbirlərdə öz prinsipallığımızı qorumaq bizim üçün çətin idi. Nə qədər iradəli olsaq da içimiz də o niskili daşıyırdıq.

Qısa tarixə nəzər saldıqda əminliklə deyə bilərəm ki, Vətən müharibəsinin əsası 2016-cı ilin aprel döyüşlərində qoyuldu. Lələtəpə və Cocuqmərcanlı kəndləri və ətrafə ərazilərin işğaldan azad edilməsi 4 günlük müharibə nəticəsində mümkün oldu. O zaman əldə etdiyimiz qələbə bizdə torpaqlarımızı separatizimdən təmizləyə bilərik inamı daha da gücləndirdi. Bu inam hissi bizə dedi ki, sözün əsl mənasında mənfur düşməni yerinə otuzdura bilərik. 2016-cı ilin aprel ayından başlayan dönüş nöqtəsi sonrakı Naxçıvanda baş verən Günnüt əməliyyatı həyata keçirilməsinə zəmin yaratdı. 2018-ci ildə Günnüt əməliyyatlarında bir güllə atılmadan straji yüksəklikləri ələ keçirdik. Hansı ki, 30 ilə yaxın bir müddət ərzində ermənilər burada məskunlaşmış və istehkamlar qurmuşdular. Biz o yüksəklikləri öz nəzarətimizə qaytarmaqla eyni zamanda bir neçə kənd və strateji yollar üzərində də nəzarətimi təmin edə bildik. Bu göstərdiki bizim xüsusi təyinatlılar ən ağla sığmaz əməliyyatları həyata keçirə biləcək gücə sahibdir.

2020-ci ildə Tovuz hadisələrində ermənilər çox böyük təxribat xarakterli əməliyyat həyata keçirdilər. Onlar bu təxribatla böyük bir ərazini nəzarətə götürdülər və Bakı-Tiblisi-Ceyhan boru xəttinin çəkilməsini təhlükə altına qoydu. Hətta o zaman Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan yeni torpaqlar uğrunda savaşa başlamaq barədə fikirlər söyləmişdi. Bu isə onu göstərdi ki, Ermənistan hər zaman işğalçı siyasətindən əl çəkmək istəmir.

Təbii artıq Azərbaycan 90–cı illərin əvvəllərində olan Azərbaycan deyil, onun yeni texnika və silah-sursatla təmin olunan güclü ordusu var. Keçən 30 il ərzində Azərbaycan siyasi müstəvidə də öz sözünü dedi. Tərəftarlarının sayını artırdı. Ölkənin hüdünları daxilində və kənarda iqtisadi, sosial, humanitar və olduqca vacib bir sahə milli və mənəvi dəyərlərin qorunması baxımından işlər həyata keçirdi. Bu onu göstərdi ki, artıq biz torpaqların müdafiəsi naminə ədalətli müharibənin aparılmasına qadir bir dövlətik.

Biz heç zaman müharibə yolunu seçmək istəmədik. İşğal edilən bizim torpaqlar olsa da qan tökmək istəmədik. Çalışırdıq ki, işğalçı tərəfi danışıqlar masasına gətirək. Amma Ermənistan tərəfi ardıkəsilməz təxribatları ilə bizi buna vadar etdi".

Deputat vurğulayıb ki, işğal altında olan ərazilərdə hər şey tamamilə məhv edilmişdi:

"Kənd təsərrüfatının vacib sahələri olan taxılçılıq üzümçülük ərazilərində narkotik bitkilərinin yetşdirilməsi ilə məşğul olunurdu. Bundan başqa mülki əhali yaşayan ərazilərə qarşı təxribatların törədilməsi, soydaşlarımızın öldürülməsi antiteror əməliyyatlarının başlanmasına şərait yaratdı. İldırım sürəti ilə başlayan Vətən müharibəsi 44 gün davam etdi və zərəflə başa çatdı. Bu zaman da Azərbaycan onlara qarşı güzəştə getdi. Ermənilər kapitulyasiya aktını imzaladı. Lakin yenə də ərazinin bir hissəsi separatçı qüvvələrin, qanunsuz erməni hərbi birləşmələrinin əlində idi. Üctərəfli bəyanatın müddəalarına görə həmin ərazilərdə Rusiyanın sülhməramlı kontingenti dislokasiya olunurdu. Ermənistan bu ərazilərdə çıxması öhdəliyinə öz üstünə götürdü. Amma sonrakı dövrdə onlar üzərinə götürdüyü öhdəliyi icra etmədi. Belə olan halda da Azərbaycan məcbur qalıb 2023-cü ildə antiterror əməliyyatı keçirməli oldu. 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan bütün ərazilərini separatçılardan təmizlədi.

44 günlük Vətən müharibəsi Azərbaycana qürürunu qaytardı. Biz indi o hadisələr barədə daha fəxrlə danışırıq. Azərbaycan xalqı 44 günlük müharibədə şərəfli bir dövr yaşadı. Torpaqlarımızı bizə qaytaran canlarından, qanlarından keçən şəhidlərimiz, sağlamlığından keçən qazilərimiz və rəşadətli ordunun Müzəffər Ali baş Komandanı cənab İlham Əliyev oldu. Ordu güclü ola bilər, xalq əzimkar ola bilər, əsas iş siyasi iradədə və düzgün gedişdədir. Ən önəmlisi isə yaranmış geosiyasi vəziyyətin düzgün qiymətləndirilməsidir. Cənab Prezident hər zaman deyir ki, nəyi nə zaman etməyi biz yaxşı bilirik".

Deputat söyləyib ki, biz dünyaya onu sübut etdik ki, qüdrətli Azərbaycan xalqı və dövləti var:

"Azərbaycan öz ərazisində separatizmə son qoydu. Bir çox dövlətlərdə bu gün separatçı rejim mövcuddur. Dövlətlər onlarla mübarizə apara bilmirlər. Separatizim inkişaf edir. Lakin Azərbaycan öz ərazisində buna son qoydu. Müasir tariximizdə heç bir dövlət Azərbaycan qədər öyünə bilməz ki, işğal altında olan ərazilərini geri qaytarmış olsun. Bunu Azərbaycan etdi. Azərbaycan beynəlxalq münasibətlər sistemində nəinki özünün yaxşı tərəftaş olduğunu gösterdi. Həm də dünyanın bir çox qütblərini əlaqələndirən iri transmilli beynəlxalq layihələrin reallaşmasına şərait yaradan bir dövlət oldu. O layihələrin reallaşdırılması ilə nəinki özünün nüfuzunu və reputasiyasını artırmış oldu. Hətta beynəlxalq münasibətlər səviyyəsində xüsusilə də Avrasiya qitəsində bir çox dövlətlərin müəyyən mənada bir növ xilaskarına çevrildi.

Bu gün Avropanın bir çox ölkələrinin enerji təhlükəsizliyi Azərbaycandan aslıdır. Azərbaycanın verdiyi qaz hesabına bu gün Avropanın bir neçə ölkəsinin əhalisi qızınır. Bu bir dövlətin üzərinə çox böyük bir vəzifənin layiqincə yerinə yetirməsindən xəbər verir. Azərbaycan çəkinmədən bu yükün altına girib və ləyaqətlə onu daşıyır. Vətən müharibəsinə başqa konteksdən baxdıqda deməliyəm ki, bu beynəlxalq hüququn və ədalətin təntənəsidir. Azərbaycan dünyaya haqlı olduğunu sübüt etdi. Bu da Azərbaycan siyasi rəhbərliyinin qətiyətinin güclü, Azərbaycan xalqının güclü iradəyə və milli ruha malik olmasından xəbər verir".

Nuray Nəzərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2405   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu şəxslərin övladlarına 140 manat verilir

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin məbləği 140 manatdır. -ın məlumatına görə, müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin edilir. Müavinətin müddəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə qədərdir. Sosia

29 mart
.

Azərbaycan toyunda bu məşhur adət də DƏYİŞDİ - VİDEO

Sosial şəbəkələrdə yayılan maraqlı bir toy görüntüsü qısa zamanda gündəm olub. Videoda ənənəvi olaraq gəlinin gül atması mərasiminə fərqli yanaşma sərgilənib və bu, izləyicilərin diqqətindən yayınmayıb. Belə ki, adətə uyğun olaraq gəlin gülü subay qızlara atmaq əvəzinə, bu dəfə subay oğlanlar xüsus

29 mart
.

Bakıya düşən yağıntı aylıq normanın 564 faizini təşkil edir

Martın 28-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti açıqlama yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə is

28 mart
.

Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntını

28 mart
.

Bakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb

Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanınd

28 mart
.

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat

30 mart
.

Eldar Əzizov MÜŞAVİRƏ KEÇİRDİ: Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verildi

Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bu barədə -a icra hakimiyyətindən bildirilib. Vurğulanıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli yağışları

29 mart
.

"102"yə 763 müraciət: Polis operativ tədbirləri gücləndirdi

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-dən -a verilən məlumata görə, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlarda

28 mart
.

Almaniyadan olan səyyah: "Qarabağ tikinti işlərinin templəri və ənənələrin qorunması ilə heyran edir"

"Qarabağda genişmiqyaslı infrastruktur layihələri, yeni yolların və tunellərin tikintisi, həmçinin mədəni ənənələrin qorunması beynəlxalq səyyahların böyük marağına səbəb olur". "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyadan olan səyyah Cin Yaspersen Naqeli bildirib. "Bu

27 mart