Bakıdan qastroldan qayıdan rusiyalı müğənniyə şok: Qızını qaçırdılar
Məşhur rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina itkin düşüb. İfaçı bunu Bakıdan qastrol səfərindən qayıtdıqdan sonra xəbər tutub - evdə qızının yalnız mobil telefonu tapılıb. O, 34 yaşlı qızının qaçırıldığını düşünür.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ifaçının vəkili Yelena Senina "Baza" "Telegram" kanalına bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Tatyanaya narkotik verilib və Rusiyadan kənara çıxarılıb. Bundan əlavə, vəkil iddia edir ki, qızı anasının nüfuzuna və inanclarına xələl gətirən müsahibə verməyə məcbur ediblər.
"Bizim məlumata görə, Tanyuşa Rusiya Federasiyası ərazisində deyil. Qızın narkotikdən asılılığını nəzərə alsaq, onun hansı xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyi məlumdur", - deyə Senina bildirib.
Vəkil vurğulayıb ki, qızı vasitəsilə məşhur müğənniyə təzyiq göstərməyə çalışırlar, lakin bu, Uspenskayanı vətəndaş mövqeyini dəyişməyə məcbur etməyəcək.
Korrupsiyaya qarşı mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin artıq Tatyana Plaksinanın yoxa çıxması ilə bağlı güc strukturlarına müraciət edib. Lyubov Uspenskayanın özü hələlik şərh verməkdən çəkinir.
Qeyd edək ki, Tatyana Plaksina əvvəllər narkotik aludəçisi olub, lakin vəkilin sözlərinə görə, hazırda o, zərərli vərdişini tərgidib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1680 Tarix: 03 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrİtkin düşən 5 nəfər ötən gün tapılıb
İtkin düşən 5 nəfər ötən gün tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfə
26 sentyabrBakı-Sumqayıt yolunda TIR avtomobilin üzərinə aşdı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. Hadis
23 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabr