Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
Son zamanlar bank sektorunda müşahidə olunan narahatedici tendensiyalardan biri də kredit borclarının gecikməsi səbəbindən borclu şəxslərin ailə üzvlərinə və ya zaminlərinə banklar tərəfindən edilən zənglərdir.
Oxu.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu cür hərəkətlər bank sirrinin və müştərilərin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.
"Kredit borcu yalnız birbaşa borclu şəxsin özündən tələb olunmalıdır. Burada bir incə nüans var, əgər müştəri kredit müqaviləsi bağlayarkən onunla əlaqə yaratmaq mümkün olmadığı təqdirdə yaxınlarına zəng etməklə bağlı banka icazə veribsə, onu tapa bilmədikdə bank onun göstərdiyi şəxslərlə əlaqə saxlaya bilər. Əks halda, bu, bank sirrinin pozulması hesab edilir və müştəri mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycanda artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur. Banklar müştərinin razılığı olmadan kredit məlumatlarını üçüncü şəxslərə verməklə faktiki olaraq bank sirrini yaymış olurlar. Borclu şəxsin yaxınlarının isə tam hüququ var ki, bankdan gələn zənglərə etiraz etsinlər və bir daha narahat edilməməyi tələb etsinlər. Əks təqdirdə, onlar da mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər.
Beləliklə, banklar kredit borclarının gecikməsi zamanı yalnız borclu şəxsin özü ilə əlaqə saxlamalı, ailə üzvləri və ya zaminləri narahat etməməlidirlər. Bu, həm qanunvericiliyin tələbi, həm də bank-müştəri münasibətlərində etimad və məxfiliyin qorunması baxımından vacibdir", - deyə hüquqşünas vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1228 Tarix: 03 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabr