Mərhum əməkdar artistin qızı: Nanə xanımın bəyəm maşını, evi yoxdur?!

Mərhum əməkdar artistin qızı: Nanə xanımın bəyəm maşını, evi yoxdur?!"Atamın doğulduğu Füzulinin Qoçəhmədli kəndinə hələ getməmişəm. Qohum-əqrabadan gedənlər olub. Atamın orada bir yerdə evi olmayıb. Bir neçə yerdə evi olub. Əmim uşaqları danışır ki, dədənin məscidin yanında da evi olub. 5 yerdə evi olub. Sonradan həmin yerlər sürüşmə zonası olduğu üçün yaşamaq üçün yararlı olmayıb. Atam gəlib görüb ki, ev dağılıb, qəzalı vəziyyətə düşüb. Atamın evinin təkcə bir parçası qalıb. Əmim uşaqları babamın, nənəmin məzarlarını tapıblar. Ermənilər onları da dağıdıb, salamat qoymayıblar. O görüntüləri izləyib o qədər ağlamışam ki.."

"Ölkə.az" bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib.

Sənətkarın qızı "Atanızın məzarını doğma Qoçəhmədli kəndinə köçürmək istərdiniz?" sualına belə cavab verib:

"Tez-tez atamın məzarını ziyarət edirəm, gedib dərdləşirəm, ağlayıb gəlirəm. Atamı o biri dünyada da yad edirik. Həmişə məzarlığa gedəndə ağlamışam, çıxanda isə nəsə bir hadisə olub gülüb qayıtmışam. Onlar mənim ağlamağımı belə istəmirlər. Mənim anam atamdan əvvəl rəhmətə gedib. Dədə vəsiyyət etmişdi ki, məni anamızın yanında dəfn edin. Anam rəhmətə gedəndən sonra atamın üzü gülmədi. Hətta dedim ki, dədə, Qoçəhmədli düşmən tapdağından azad olunanda səni orada dəfn etməyək? Çünki anası da, atası da o torpaqdadır. Dedi ki, məni qəbirdə narahat edərsiz. O köçürməni elə bilirsiz ki, mən istəmirəm? Mənə icazə versələr babamın, nənəmin məzarını Bakıya köçürərdim. Özüm də rahat olardım. Hətta deyirdi ki, birdən məni Fəxri Xiyabanda dəfn etmək istəyərlər, sən onlara təşəkkür et, amma orada dəfn etmə".

Aygün xanım ehtimal edib ki, aparıcı Nanə Ağamalıyeva ondan incik düşüb:

"Bilirsiniz ki, atam sağlığında efirlərdən birində Qoçəhmədlidəki evlərindən birini Nanə xanıma verdiyini bildirmişdi. Bəzi jurnalistlər bu məsələni lazımsız məcraya yönəltdilər. Atamın ağzından çıxan söz bizim üçün qanundur. O nə deyirsə o da olmalıdır. Sözümüzün üstündə dururuq. Nanə xanım da atamın bir balasıdır. Mənim atam arada xəstələndi, şəkəri oldu, komaya düşdü. Nanə xanım "Nanəli" verilişini açdı və atamı o verilişə dəvət etdi. Atam da diqqəti çox yüksək qiymətləndirirdi. Atam bu hadisədən sonra onu çox istəməyə başladı. O da fikirləşib ki, 5 yerdə evi var. Nanə xanımın bəyəm maşını, evi yoxdur?! Atam deyirdi ki, Nanə xanım milli musiqimizə, muğamlarımıza o qədər dəyər verir, təbliğ edir ki, mən istərdim ki, gələcəkdə Qoçəhmədli kəndi işğaldan azad olunanda Nanə xanım orada mənim ev muzeyimi yaratsın. Atam çox gözəl bilirdi ki, Nanə xanımın bu işləri görməyə imkanı var. O istəyirdi ki, Nanə xanım onun xatirəsini yaşatsın. O fikirləşirdi ki, mənim imkanlarım məhduddur, bunu Nanə xanım edə bilər. Nanə xanım atama o qədər yaxşılıqlar edib ki... Atam bir tikə çörəyini hər kəslə bölüşən insan idi. Elə biz də.. Yaxşılıqdan başqa bu dünyadan nə apara bilərik ki?".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2407   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun