Dəhşətli lift qəzası 45 yaşlı qadını həyatından etdi

Dəhşətli lift qəzası 45 yaşlı qadını həyatından etdiBraziliyanın San-Paulu şəhərində baş verən faciəvi lift qəzası bir qadının həyatına son qoyub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 45 yaşlı Adriana Maria de Jesus işə gedərkən liftdə dəhşətli qəza keçirib.

Təhlükəsizlik kamerası görüntüləri hadisənin dəhşətli təfərrüatlarını ortaya çıxarıb. Adriana beşinci mərtəbədən enərkən lift qəflətən idarəetmədən çıxıb və sürətlə aşağı düşüb. Hadisə zamanı liftdə daha iki kişi sərnişin olub.

Adriananın əri Gildelio Alves do Santos həmin binanın qapıçısı işləyib. O həyat yoldaşının son anlarını təhlükəsizlik kameraları vasitəsilə izləməli olub. "Arvadımın yuxarı qalxdığını gördüm, hər şey normal idi. Amma o enəndə dəhşətə gəldim", - Gildelio aldığı travmanı izah edib.

Qəzadan sonra ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Adriana bir həftə sonra dünyasını dəyişib. Liftdə olan digər iki sərnişin xoşbəxtlikdən sağ qalıb.

Hadisə ilə bağlı istintaq başladılıb. Araşdırma zamanı məlum olub ki, lift 60 ildən artıqdır təmir olunmayıb. Səlahiyyətlilər hadisəni şübhəli ölüm kimi qiymətləndirir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4228   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO

Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya

21 sentyabr
.

Ayı arı pətəklərini dağıdıb balları yedi

Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib

24 sentyabr
.

İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO

Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki

15 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Hərəkətdə olan maşından atılan fişəng böyük yanğına səbəb oldu: 1 ölü, 6 yaralı - VİDEO

ABŞ-da 4 İyul - Müstəqillik Günü qeyd etmələri zamanı gənclərin hərəkətdə olan pikapın yük yerindən fişəng atdığı görüntülər yayılıb. xarici mediaya istinadla xəbər verir ki, səlahiyyətlilər həmin fişənglərdən birinin böyük meşə yanğınına səbəb olduğunu ehtimal edirlər. Hadisə Vaşinqton ştatının Chela

17 sentyabr
.

ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq

Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər

19 sentyabr
.

Uşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi

Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli

24 sentyabr