Bankdan 44 min manat kredit götürdü, 1 gün sonra evindən oğurlandı
Qobustan qəsəbəsi, Qaradağ rayonu, Massiv 1 A sakini Nağılı Cavid Təbriz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi sayt vasitəsilə Daxili İşlər Nazirliyinə də müraciət edib.
"Yazaraq bildirirəm ki, 7 iyul 2024-cü ildə, səhər saatlarında evimizdən oğurluq olub. Həmin gün səhər saat 7:20-də ailəvi olaraq uşağın imtahanı səbəbindən evdən çıxmışdıq.
İpoteka kreditinə müraciət edib, bankdan 44 min manat pul götürmüşdük. Pulu evdə paltar səbətinin içində gizlətmişdik. İmtahan bitdikdən sonra evə qayıdanda gördük ki, qapı sadəcə örtülü vəziyyətdədir, açarla bağlanılmayıb. Yataq otağına keçəndə isə gördük ki, pul olan çanta boş şəkildə yerə atılıb. Çantada olan 44 min manat pulun hamısı oğurlanmışdır.
DİN-in 102 xidmətinə dərhal məlumat verdik, gəlib əl izlərini götürdülər, qonşular dindirildi. Hadisədən 3 ay keçməsinə baxmayaraq, hələ heç bir xəbər yoxdur.
Məsələ ilə bağlı Daxili işlər Nazirliyinə getmişəm, həmçinin ərizə ilə də müraciət etmişəm. General Arzu müəllimində qəbulunda olmuşam. Sağ olsun, zəng vurub Qaradağ polisinə göstəriş verdi. Ondan sonra Qaradağ polis rəisi məni qəbul etdi.
Bakı şəhər Baş polis İdarəsinə və Nazirlər Kabinetinə də məsələ ilə bağlı məlumat vermişəm. Hər bir qrum söz verir, lakin həbs olunan yoxdur.
Onu da qeyd edim ki, keçən il qonşunun evinə də oğru girmişdi, polis tapa bilmirdi. Daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olandan sonra oğru tapıldı. Mən də Vilayət Eyvazovun qəbuluna düşmək istəyirəm, alınmır.
Rəsmi qurumlardan xahiş edirəm ki, mənim işimə ciddi yanaşsınlar".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirildi ki, vətəndaş Cavid Nağılının müraciəti əsasında Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5145 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabr