"Ölkəmizin uğurlu inkişafı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır" - DEPUTAT

"Ölkəmizin uğurlu inkişafı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır" - DEPUTATCənab Prezident İlham Azərbaycanın çox əsrlik dövlətçilik ənənələrinin formalaşdırdığı nadir, fenomen siyasi şəxsiyyətlərdən biridir. O, atalarımızdan bizə miras qalan "türk dövlətsiz olmaz" prinsipi əsasında ölkəmizi uğurlardan-uğura aparır.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionu ilə yanaşı, dünyanın ən güclü dövlətlərindən biridir. İstər siyasi, istər iqtisadi, istərsə də uğurlu idarəçilik modeli fonunda Azərbaycan dünyada öz sözünü deməkdədir. Təbii ki, ölkəmizin uğurlu inkişafı birmənalı olaraq Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır.

İyirmi bir il bundan əvvəl Ümummilli liderimiz Heydər Əliyev qarşıdan gələn prezident seçkilərində xalqı özünün siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırdı. Ulu Öndər, cənab Prezident İlham Əliyevin yüksək intellektli, müasir dünya siyasətini və beynəlxalq əlaqələri dərindən bilən, praqmatik və təşəbbüskar siyasətçi olduğunu bildiyi üçün, memarı və qurucusu olduğu Azərbaycanı yalnız ona əmanət edə bilərdi.
Azərbaycan xalqı da öz növbəsində seçkilər zamanı gələcək lideri kimi ölkə başçımız cənab İlham Əliyevə etimad göstərməklə taleh yüklü məsələlərdə bir daha öz qəti mövqeyini ortaya qoydu.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin 21 illik dövlət başçısı kimi fəaliyyətini izlədikdə bir sıra mühüm töhvələr önə çıxır.

1.İqtisadi inkişaf: Cənab Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neft-qaz sektorunun inkişafı və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirmişdir. Ölkə başçısının ölkəyə xarici investisiyaların cəlb edilməsi kontekstində gördüyü işlər bu gün öz müsbət təsirlərini göstərərməkdədir.

2.Müasir İnfrastruktur: Azərbaycan coğrafi mövqeyinə görə Şərqdən-Qərbə və Şimaldan Cənuba uzanan beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizləri üzərində yerləşir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan enerji və nəqliyyat şəbəkələrinin şaxələndirilməsi siyasəti dövlət rəhbərimiz İlham Əliyev tərəfindən inkişaf etdirilərək Azərbaycanı artıq strateji dövlət kimi tanıdıb, ölkənin infrastrukturunun, hava limanlarının və nəqliyyat sisteminin təkmilləşdirilməsini prioritet məsələlərdən biri kimi müəyyən etmişdir. Bu həm daxili, həm də beynəlxalq əlaqələrin inkişafı aspektində olduqca əhəmiyyətlidir.

3.Sosial Layihələr: Prezident İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi üçün bir çox layihələr həyata keçirməkdədir. Bu layihələr arasında sosial yardım proqramları, təhsil və səhiyyənin inkişafı kimi sahələr öndə qərarlaşır.

4.Qarabağ münaqişəsinin həlli: Cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynamışdır. 2020-ci il Vətən Müharibəsində qazandığımız tarixi qələbə onun siyasi və hərbi lider kimi şah əsəridir.

5.Beynəlxalq enerji layihələri: Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və TANAP/TAP kimi beynəlxalq əhəmiyyətli enerji layihələrini gerçəkləşdirməklə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır.

Müzəffər Ali Baş komandan İlham Əliyevin fəaliyyəti ayrı-ayrı istiqamətlər üzrə inkişafın təmin edilməsi baxımından geniş əhatəlidir və bu, Azərbaycanın gələcək inkişafına yönəlmiş strateji planlarla dəstəklənir.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 859   Tarix: 16 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr