"Prayk COP29 kimi təşəbbüsləri dəstəkləyərək tullantı artımına qarşı mübarizə aparır" - Kamran Aydınov

"Prayk COP29 kimi təşəbbüsləri dəstəkləyərək tullantı artımına qarşı mübarizə aparır" - Kamran AydınovPrayk sadəcə alış-veriş tətbiqi deyil, tamamilə yeni bir təcrübədir. İstədiyiniz məhsul və ya xidməti tapmaq üçün mağaza-mağaza gəzmək əvəzinə, sadəcə bir sorğu yaradırsınız və bir neçə təklif alırsınız. Bu, vaxtınıza qənaət etməyə kömək edir.

Prayk-ın ən maraqlı xüsusiyyətlərindən biri auksiona oxşar sistemdir. Satıcılar öz məhsullarını ən yaxşı təklifi verənə sata bilərlər, lakin bu prosesin konkret zaman məhdudiyyəti yoxdur. Satıcılar məhsulu nə vaxt və kimə satacaqlarını özləri seçirlər.

Prayk təkcə alış-verişlə məhdudlaşmır. İstifadə etmədiyiniz əşyaları başqalarının əşyaları ilə rahat şəkildə dəyişmək də mümkündür.

Bundan əlavə, Prayk alıcı və satıcıların bir-birlərini bezdirməməsi üçün xüsusi bir sistem də hazırlayıb. Burada heç kim sizə təklifi təsdiqləmədən yazmayacaq, və kontakt nömrənizi kimə verəcəyinizə siz özünüz qərar verirsiniz.

Bu tətbiqin yaradıcısı Kamran Aydınov Big.az-a bildirib ki, layihə təkcə Azərbaycanda deyil, bütün dünyada maraq doğura biləcək bir platformadır:

"Prayk artıq istehlakın qarşısını almaq, tullantıların azalmasını təmin etmək və təbii resursların düzgün istifadəsini təşviq edən bir sistemdir. Ekosistemlərə və canlılara zərər verən israfın qarşısını almağı hədəfləyir.

Prayk, COP29 kimi beynəlxalq ekoloji təşəbbüsləri dəstəkləyərək, təbiətə zərər verən həddindən artıq istehlak və tullantı artımına qarşı mübarizə aparır. Məqsəd məhsulların dövriyyəsini optimallaşdırmaq və istifadəsiz əşyaların zibilə çevrilməsinin qarşısını almaqdır ki, bununla daha sağlam və davamlı gələcək təmin edilsin.

Prayk ilə alıcılar məhsulları vasitəçilərsiz, birbaşa satıcılardan ən uyğun qiymətə ala bilirlər. Mikro-tender funksiyası istifadəçilərə vaxt itkisi olmadan müxtəlif təkliflər təqdim edir, bazara süni müdaxiləni azaldır və qiymət manipulyasiyalarına mane olur.

İkinci əl bazarında da süni qiymət artımı geniş yayılıb. Praykın auksion funksiyası bu bazarda şəffaflıq yaradaraq məhsulların real dəyərində təklif edilməsini təmin edir və sektoral qrupların qiymət manipulyasiyasının qarşısını alır.

Prayk-ın hədiyyə funksiyası istifadəçilərə artıq ehtiyacları olmayan əşyaları və ya qidaları ehtiyacı olanlara bağışlayaraq xeyriyyəçiliyi təbliğ etməyə kömək edir. Bu addım tullantıları azaldır və ekosistemləri qorumağa kömək edir. Barter funksiyası isə əşyaların dövriyyəsini artırır və resurslardan daha səmərəli istifadəni təmin edir.

Platformada tətbiq edilən sosial reytinq sistemi istifadəçiləri dürüst və etibarlı əməliyyatlara təşviq edir. Yüksək reytinqə malik istifadəçilər başqalarına nümunə olaraq həmrəylik və güvən mühitini gücləndirir, bu da cəmiyyət arasında əlaqələri möhkəmləndirir.

Prayk ekosistemin qorunmasına və daha şəffaf, ədalətli bazar mühitinin yaradılmasına xidmət edən bir platformadır. Həm vaxtınıza, həm pulunuza qənaət edin, həm də daha yaxşı bir gələcək üçün faydalı dəyişikliyə töhfə verin".

Qeyd edək ki, Kamran Aydınov IT ideyalarını yaradıcılıq və texnologiya ilə birləşdirərək alış-veriş dünyasına yenilik gətirib. O, foto sənayesində böyük uğurları ilə tanınır, həmçinin Rəhim Rəhimli, xalq artisti Aygün Kazımova, Leyla Ramazanlı, Miri Yusif və digər məşhurlarla işləmiş klipmeyker kimi də məşhurdur. Kamran Aydınov həm də MandarinAgency videoproduksiya şirkətinin təsisçisidir. Peşəkar kinoprodüser olaraq, onun iştirakı ilə istehsal olunan filmlər "Duz İstiot Zövqə Görə", "Axşama Doğru" və "Daxildəki Ada" Kann, Sarayevo festivallarına və "Oskar"a təqdim olunmuşdur.

Tətbiqdən yararlanmaq üçün AppStore və Google Play-dən yükləyin və ya www.prayk.az saytına daxil olun.

https://www.instagram.com/prayk.app/?igsh=eHRmdmsyZ3I0NHJj

https://prayk.az/

https://www.instagram.com/kamranaydinov/?igsh=aGMyMmtsY3lpa3F3


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1441   Tarix: 16 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aparıcılara görə televiziyalara xəbərdarlıq edildi

Ötən ilin dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub. Axşam.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb. Qeyd edilib ki, keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında ola

26 yanvar
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, buna səbəb Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamand

26 yanvar
.

Tanınmış cərrah vəfat etdi

Tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov 67 yaşında dünyasını dəyişib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Mərhum uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib

27 yanvar
.

Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək

Malayziyada vəfat edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının nəşi Azərbaycana gətiriləcək. xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, yanvarın 25-də Malayziyada vəfat edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmovun nəşinin ölkəmiz

26 yanvar
.

Generalın oğlu keçmiş sevgilisini təhdid edir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur. -a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib

26 yanvar
.

Yollar buz bağlayacaq

Ölkənin avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir

26 yanvar
.

FHN nazir oğlunun daha bir obyektinin istismarına icazə verdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Nicat Kəmaləddin oğlunun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan obyektin istismarına icazə verib. xəbər verir ki, ümumi sahəsi 3 405 kvadratmetr olan obyekt 2 mərtəbəli (mansardalı) binadan ibarətdir

27 yanvar
.

İkipilləli elmi dərəcə sisteminin ləğvi Azərbaycan elmi üçün nə vəd edir - keyfiyyət artımı, yoxsa risklər? - AÇIQLAMA

Milli Məclisdə təhsil haqqında yeni qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif olunub. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin keçirilən iclasında deyib. O qeyd edib ki, yeni qanun müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxal

26 yanvar
.

Bu gündən məktəblərin qış tətili başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək. Belə ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir. Tətildən sonra beşgünlü

27 yanvar