Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, N.Bayramovanın olduğu avtomobili idarə edən 1993-cü il təvəllüdlü Elçin Əliyev cinayət işi üzrə təqsirləndirilib.
Məlum olub ki, həyatını itirən 1985-ci il təvəllüdlü Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. O, Elçinlə sevgili imiş və birgə Zaqataladan Elçinin yaşadığı İsmayıllı şəhərinə gəliblər. Hadisə də bundan sonra baş verib. Belə ki, Elçin avtomobillə Xanəgah kəndi ərazisində yolun əks-hərəkət istiqamətinə çıxıb və idarə etdiyi "Khazar" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə, xəsarət alan N.Bayramova dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Elçin daha əvvəl də qəza törədib və məhkum edilib. Onun ayağında elektron qolbaq var imiş və sürücülük hüququ məhdudlaşdırılıbmış.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum N.Bayramovanın atası Elçinə ağır cəza verilməsini xahiş edib: "Hadisədən 1 saat sonra mənə məlumat verildi ki, qızım Elçinin maşınında olub, həmin maşın "Maz" markalı maşının altına girib. Hadisə yerinin şəkilləri mənə göndərildi. Qızım mənə İsmayıllı rayonundan Elçini bəyəndiyini demişdi. Nigara demişdim ki, həmin şəxs 2 dəfə cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin Elçinin ayağında qolbaq var, cəmiyyət arasında hörməti yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və ona ən ağır cəzanın verilməsini xahiş edirəm".
Məhkəmənin hökmü ilə Elçinə 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da həbsdən sonrakı 4 il üçün məhdudlaşdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4415 Tarix: 16 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabr