Azərbaycanda paytaxtın metrosu TECHNONICOL şirkətinin flaqman materiallarının tətbiqi ilə inkişaf etməkdədir

Azərbaycanda paytaxtın metrosu TECHNONICOL şirkətinin flaqman materiallarının tətbiqi ilə inkişaf etməkdədirBakının "8 Noyabr" metro stansiyasının tunelinin uzunömürlü və etibarlı hidroizolyasiyasını LOGICBASE PVX membranı təmin edir.
Bakı Metropoliteni (Azərbaycan) mərhələli şəkildə inkişaf etməkdədir. Gələcəkdə Bakı Metropoliteni şəbəkəsinin 76 stansiyadan və 119 kilometr uzunluğunda xətlərdən ibarət olması planlaşdırılır. 2016-cı ildə yeni Bənövşəyi xəttin istifadəyə verilməsi ilə mütəmadi olaraq yeni stansiyalar açılmaqdadır. Bu stansiyalardan biri "8 Noyabr" stansiyasıdır. Stansiyanın uzunluğu 350 metrdən çoxdur. Bu, şəhər mərkəzini uzaq ərazilərlə birləşdirən Bakı nəqliyyat şəbəkəsinin əhəmiyyətli hissəsidir.
Metro stansiyası yüksək məsuliyyət daşıyan tikili hesab edilir. Onun inşası xüsusən də yeraltı hidroizolyasiya üçün etibarlı və effektiv materialların tətbiqini tələb edirdi. Belə ki, yeraltı sular maneə ilə qarşılaşmadıqda, tikiliyə mənfi təsir göstərərək su sızıntılarına, zamanla isə böyük dağıntılara və sərnişinlər, həmçinin işçilər üçün təhlükəyə səbəb ola bilər. Bu səbəbdən hidroizolyasiya qatı üçün TexnoNikol şirkətinin müasir və etibarlı tikinti materialı olan LOGICBASE membranı seçilmişdir.
LOGICBASE membranları yüksək möhkəmlik, elastiklik, torpaqda və yeraltı sularda olan kimyəvi maddələrə qarşı davamlılıq xüsusiyyətlərinə malikdir. Qeyd etmək lazımdır ki, bu material köklərin torpağın dərinliklərinə uzanmasına, eləcə də radon və metan kimi qazların nüfuz etməsinə qarşı davamlıdır ki, bu da yeraltı tikililər üçün aktualdır. PVX membranlarının qaynar hava üsulu ilə qaynaq olunması prosesi sadə və təhlükəsizdir. Quraşdırma texnologiyasına düzgün riayət edildikdə, membran tamamilə yeraltı suların güclü təzyiqinə qarşı hermetik və etibarlı şəkildə qorumanı təmin edir.
Bundan əlavə, LOGICBASE membranından yüksək seysmik şəraitdə istifadə etmək tövsiyə olunur ki, bu da Bakı üçün aktualdır. Membran yüksək uzanma əmsalına (sukeçirməzliyini itirmədən), dartılma zamanı yüksək möhkəmliyə, uzun xidmət müddətinə malik olmaqla yanaşı, dövri çoxoxlu yüklərə qarşı dayanıqlıdır. Bütün bu xüsusiyyətlər "8 Noyabr" stansiyasının ümumi təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
Ümumilikdə, bu obyekt üçün LOGICBASE membranının tətbiq sahəsi 11200 kv.m təşkil etmişdir.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1089   Tarix: 21 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust