Bu ay ən çox yağıntı Abşeron yarımadasına düşüb
Azərbaycanda ən çox yağıntı oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb.
Sonxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O bildirib ki, oktyabr ayının ötən dövrü ərzində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 29, minimal temperaturu 10, orta aylıq temperatur isə 19 dərəcə isti qeydə alınıb. Ayın sonuna qədər bu göstəricilərin yenilənməsi istisna edilmir:
"Müqayisə üçün bildirim ki, keçən ilin analoji dövründə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, minimal temperaturu 8, orta aylıq temperatur isə 18 dərəcə isti olub".
N. Mahmudovun sözlərinə görə, oktyabr ayının ötən dövrü ərzində bölgələr üzrə maksimal temperatur Kürdəmir rayonunda 33 dərəcə isti, minimal temperatur isə Şahdağda 11 dərəcə şaxta müşahidə olunub.
O qeyd edib ki, ötən ilin oktyabrında bölgələrdə maksimal temperatur Göyçay rayonunda 34 dərəcə isti, minimal temperaturu isə Şahdağda 6 dərəcə şaxta qeydə alınıb:
"Oktyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə hava şəraiti əsasən yağmurlu keçib, bəzi günlərdə dağlıq ərazilərə qar yağması müşahidə olunub. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün maksimal hündürlüyü Qrızda və Lerikdə 17 sm qeydə alınıb. Ən çox yağıntı isə oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla Abşeron yarımadasına düşüb. Yağan leysan yağışlar nəticəsində ölkə üzrə 7 sel hadisəsi qeydə alınıb".
Xidmət rəisi qeyd edib ki, oktyabr ayının ötən dövrü ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 25 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 878 Tarix: 23 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabr