ABŞ-də oğrular evə girdi və ölmüş ev sahibini tapdılar: Hadisənin sonu polisləri də təəccübləndirdi

ABŞ-də oğrular evə girdi və ölmüş ev sahibini tapdılar: Hadisənin sonu polisləri də təəccübləndirdiABŞ-də baş verən heyrətamiz hadisə, hətta təcrübəli polisləri belə təəccübləndirib. Belə ki, yeddi nəfərdən ibarət bir qrup oğurluq məqsədilə fərdi evə daxil olub, lakin orada 71 yaşlı sahibin mumiyalaşmış cəsədini tapıblar. Cinayət yerindən qaçmaq əvəzinə, oğrular mumiya ilə birlikdə evdə yaşamağa qərar veriblər.

Oxu.Az-ın WSBTV-yə istinadla verdiyi məlumata görə, hadisə Corciya ştatında qeydə alınıb.

İlkin məlumatlara görə, tək yaşayan ev sahibi yayın əvvəlində vəfat edib və onun cəsədi bir neçə ay qalaraq mumiyaya çevrilib. Dəhşətli tapıntını aşkar edən cinayətkarlar isə özlərini itirməyiblər, onlar varidatı qarət etməkdən əlavə bir neçə müddət evdə yaşamağa qərar veriblər. Mərhumun pullarına çıxış əldə etmək üçün onun kredit kartlarından, çeklərindən də istifadə etməyə başlayıblar.

İşin üstü polislər yoxlama üçün gələndə aşkar edilib. Onlar qapıda qırılma izlərini və ev sahibinin mumiyalaşmış cəsədini aşkar ediblər.

"O, vanna otağında tapıldı və evdə yalnız bir vanna otağı var idi", - deyə Kobb dairəsi polis idarəsinin detektivi Daniel Qoduto qeyd edib. Görünür, oğrular mumiya ilə qonşuluqdan çəkinməyiblər və bir müddət evdə rahat yaşayıblar.

Polis araşdırmalara başlayıb və tezliklə yeddi şübhəlinin hamısı saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1100   Tarix: 23 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr
.

Sabirabadda bir ailə qəzaya düşdü

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c

21 sentyabr
.

Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında

16 sentyabr
.

HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir

Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl

20 sentyabr
.

Ağlayan qadının şikayəti böyük dələduzluq şəbəkəsini üzə çıxardı - 2 milyonluq köçürmənin qarşısı alındı - VİDEO

Türkiyənin Samsun şəhərində polis əməkdaşlarının ağlayan bir qadını görərək onunla maraqlanması nəticəsində böyük dələduzluq işi üzə çıxıb. Özlərini polis və prokuror kimi təqdim edən şəxslərin qadının evini satdıraraq 2 milyon 329 min lirəsini ələ keçirdiyi müəyyənləşib. xarici mediaya istinadla xəbə

17 sentyabr
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13 sentyabr
.

Hərəkətdə olan maşından atılan fişəng böyük yanğına səbəb oldu: 1 ölü, 6 yaralı - VİDEO

ABŞ-da 4 İyul - Müstəqillik Günü qeyd etmələri zamanı gənclərin hərəkətdə olan pikapın yük yerindən fişəng atdığı görüntülər yayılıb. xarici mediaya istinadla xəbər verir ki, səlahiyyətlilər həmin fişənglərdən birinin böyük meşə yanğınına səbəb olduğunu ehtimal edirlər. Hadisə Vaşinqton ştatının Chela

17 sentyabr
.

Ata və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO

Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini

17 sentyabr
.

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla

21 sentyabr