Sürücü istifadə etdiyi tankeri qəsdən yoldakı maşınların üstünə sürdü - VİDEO
Çinin Qingdao şəhərində sement tankeri sürücüsü qəsdən yoldakı avtomobillərə çırpılıb və böyük dağıntılar törədib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, oktyabrın 23-ü axşam saatlarında Renmin küçəsində baş verən insident zamanı azı 6 avtomobilə ziyan dəyib.
Aqressiv sürücü sükan arxasında olarkən özünü videoya çəkib. Kadrlarda onun "Kommunist Partiyası məni yaşatmayacaq, insanları öldürəcəm" deyə qışqıraraq digər maşınlara çırpıldığı görünür. Sosial şəbəkələrdə paylaşılan videolarda tankerin qarşı zolağa keçərək təsadüfi avtomobillərə çırpılması və avtobusu yararsız hala salması anları əks olunub.
Hadisə şahidlərinin lentə aldığı görüntülərdə bəzi nəqliyyat vasitələrinin tamamilə əzildiyi görünür. Polis qısa müddətdə tanker sürücüsünü saxlayıb.
Hadisə Çin sosial mediasında böyük əks-səda doğurub. Günahsız insanlara zərər verən bu şəxsin əməlinin qəbuledilməz olduğunu bildirən istifadəçilər hadisəyə aydınlıq gətirilməsini istəyiblər.
Səlahiyyətlilər tərəfindən başladılan araşdırmalar davam etsə də, hadisədə insan itkisinin olub-olmadığı hələlik açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1576 Tarix: 24 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrHAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabr