10-cu mərtəbədən yıxılaraq ölən hamilə qadının bətnindəki körpə möcüzə nəticəsində sağ qalıb
İngiltərənin Lids şəhərində faciəvi hadisə baş verib. Hamiləliyinin son dövründə olan Emma Atkinson 10-cu mərtəbədən yıxılaraq dünyasını dəyişsə də, körpəsi möcüzə nəticəsində sağ qalıb.
Soxeber.az xarici mediaya istinadən xəbər verir ki, otuz yaşlı beş uşaq anası Emma Şekspir Tovers yaşayış binasının 10-cu mərtəbəsindən yıxılıb. Hadisədən sonra dərhal xəstəxanaya çatdırılan Emmanı xilas etmək mümkün olmasa da, həkimlər təcili keysəriyyə əməliyyatı ilə körpəni xilas edə biliblər.
Beş həftə tez doğulan və adı Pozi olan körpə hazırda reanimasiyada müalicə alır. Paylaşılan ilk fotoda o, küvəz ağız və burnunda borularla yatarkən görünür. Bacısı Deminin əlini məhəbbətlə körpənin sinəsinə qoyaraq çəkdirdiyi foto sosial şəbəkədə emosional anlar yaradıb.
Emmanın ölümündən cəmi bir ay əvvəl sosial şəbəkədəki son paylaşımı ürək ağrıdıcı idi. O, qürurla qarnını nümayiş etdirdiyi fotonun altına "Qız övladım olacaq, çox xoşbəxtəm" sözlərini yazıb.
Hadisə yerində yaşayan şahid bildirib ki, əvvəlcə yüksək səs, ardınca qışqırıqlar eşidib. Bölgədə yaşayan Mandy Shires, "Bu yüksəklikdən düşən birinin sağ qalma şansı yox idi, ancaq körpənin sağ qalması möcüzədir. Biz hamımız kiçik qızın sağalması üçün dua edirik" - dedi. Polis hadisədə şübhəli heç nə yoxdur dedi. Hadisə yerinin ətrafında güllər və şarlar qalıb.
Emmanın dostları və ailəsi sosial şəbəkədə paylaşdıqları mesajlarla onu anıblar.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2205 Tarix: 24 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrHAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabr