Yaşayış ola-ola bina söküldü – "Melissa Group"u hansı cəza gözləyir?

Yaşayış ola-ola bina söküldü – "Melissa Group"u hansı cəza gözləyir?İki gün bundan öncə Bakının Yasamal rayonu, Alatava -1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb. Bu məlumatlar sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, "Melissa Group" tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Bəs belə bir vəziyyətdə tikinti şirkətinə, söküntünü icra edən işçilərə hansısa cəza tədbiri olması nəzərdə tutulurmu? Qanun bu barədə nə deyir? Məsələni "Yeni Sabah"a şərh edən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, sözügedən hadisə ilk dəfə deyil ki, baş verir:

"Oxşar hadisələr dəfələrlə yaşanıb. Sakinlər söküntünü qanunsuz saydıqları üçün yaxud da təklif olunan məbləğ ev sahiblərini qane etmədiyindən evi tərk etməkdən boyun qaçırırlar. Bəzən isə sökülən yaşayış yerinin əvəzinə müvəqqəti belə olsa, ayrı bir ev təklif edilmir. Tikinti şirkəti və ev sahibi arasında narazılıqların ortaya çıxması dövlət ehtiyacları xaricində aparılan tikinti, abadlıq işləri zamanı daha çox müşahidə olunur. Dövlət ehtiyacları üçün söküntünün aparılması Mülki Məcəllədə öz əksini tapıb. Burada meyarlar hamısı bir-bir sadalanıb. Bu qanuna ölkə və beynəlxalq əhəmiyyətli yolların tikilməsi, kommunal xətlərin çəkilməsi, hərbi məqsədli tikintilər və s. aiddir.

Belə hallarda Nazirlər Kabinetinin təyin etdiyi məsul şəxs, adətən, rayon icra hakimiyyətindən olur. Onlarla sakin arasında razılıq əldə olunmayanda icra hakimiyyəti həmin sakini məhkəməyə verir. Məhkəmə bu zaman məcburi qaydada evdən çıxarılma ilə bağlı qərar çıxarır. Məhkəmə qərarının icrası ilə bağlı məsul şəxslər gələrək qərarı icra edirlər. O zaman çox nadir hallarda problemlər yaranır. Çünki həmin icraçılar təcrübəli insanlardır. Dövlət ehtiyacı üçün söküntü işləri aparılan zaman kompensasiyanın məbləğini Nazirlər Kabineti təyin edir. Əgər dövlət ehtiyacları üçün deyilsə, qanun deyir ki, şirkət ev sahibi ilə mütləq qaydada razılaşmalı, müqavilə bağlanmalıdır. Əgər ev yiyəsinin tələb etdiyi pulu şirkət ödəmirsə, onun evi sökmək hüququ yoxdur".

Vəkil onu da qeyd edib ki, şirkət ev sakinləri ilə razılaşma əldə edə bilmədiyi təqdirdə məhkəməyə müraciət edə bilər:

"Ancaq məhkəmənin ixtiyarı yoxdur ki, mülkiyyət sahibinin razılığı olmadan onun haqqında desin ki, bu qədər kompensasiya verilir və evdən çıxmaq lazımdır. Qanun hər iki tərəfin razılığını tələb edir. Burada məcbur edilmə, hədə-qorxu etmək cinayət tərkibi yaradır. Evin içərisində əmlak, insan olduğu halda söküntü işi aparmaq cinayət sayılır. Bu, hüquqi şəxslər tərəfindən törədilən şəxsi əmlakın məhvi ilə bağlı cinayətdir, insan hüquqlarının pozulması deməkdir.

Əgər məhkəmə qərarı varsa, cinayət işinin qaldırılması üçün prokurorluğa müraciət etmək lazımdır. Digər bir yol isə məhkəməyə müraciət edərək, həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb etməkdir. Əgər insanlar öz hüquqlarını müdafiə etməyə başlasalar, bu, həmin şirkətlər üçün dərs olar. İnsanlara özlərini müdafiə etmək üsullarını izah etmək, onları maarifləndirmək lazımdır"./tribunainfo.az/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2127   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr