Qərbi Azərbaycanla bağlı saytın və "Danışır tarix" filminin təqdimatı olub - VİDEO

Qərbi Azərbaycanla bağlı saytın və "Danışır tarix" filminin təqdimatı olub - VİDEOOktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi tərəfindən "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində qerbiazerbaycanirsi.az ( westernazheritage.com) elektron bazasının və "Danışır tarix" filminin təqdimatı olub.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin məqsədləri ilə bağlı tədbri iştirakçılarını məlumatlandırıb.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə layihənin əhəmiyyətindən və informasiya mübarizəsində Azərbaycanın uğurlarından danışıb. M. Quluzadə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya mübarizəsində əvvəllər geri qalsaq da, alimlərimizin və ictimai fəalların fəaliyyəti sayəsində bu sahədə indi vəziyyət yaxşılaşıb.

Məhəmməd Quluzadə çıxışında Qərbi Azərbaycan icmasının rolunu xüsusi qeyd etdi və bu istiqamətdə aparılan işlərə dəstək göstərilməsinin vacibliyini vurğuladı. O, həmçinin beynəlxalq hüququn Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyini və bu sahədə birgə səylərin davam etdirilməli olduğunu bildirdi.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd etdi ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması uğrunda aparılan mübarizədə qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. O vurğuladı ki, Vətən müharibəsində hərbi qələbə qazanan Azərbaycan, indi informasiya müharibəsində də öz mövqeyini gücləndirməlidir.

Sonra layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, saytın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan mövzusu ilə bağlı proseslərə töhfə verməkdir. O qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.

"Bizdə Qərbi Azərbaycanın abidələri haqqında kitablar var və bir neçə saytda da abidələr haqqında məlumatlar mövcuddur. Lakin bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanılıb. E-bazada müxtəlif kriteriyalar üzrə: yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi qurulub. İlkin mərhələdə 250-yə yaxın maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilib", - deyə Cəsarət Hüseynzadə bildirib.

Sonra "www.qerbiazerbaycanirsi.az" saytı haqqında videoçarx nümayiş olunub, saytın texniki imkanları və kontenti təqdim edilib.

İctimai birliyin sədri diqqətə çatdırıb ki, layihə çərçivəsində "Danışır tarix" adlı film də hazırlanıb. Film "Səlim karvansarası", "Təpəbaşı məscidi" və "Əmir Səəd məqbərəsi" kimi tarixi abidələrdən bəhs edir.
C.Hüseynzadə vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsi böyük tarixi və mədəni itkilərə səbəb olub. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidir.
Filmin çəkilişlərinə tanınmış tarixçi və araşdırmaçı alimlər cəlb olunub.

Film nümayiş etdirildikdən sonra Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri elektron baza və film haqqında fikirlərini bildiriblər.

Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan-Ermənistan münaqişəsi və informasiya mübarizəsinin əhəmiyyətini vurğulayıb. O, isti müharibə dövrünün bitməsinə baxmayaraq, informasiya cəbhəsində mübarizənin davam etdiyini qeyd edərək, Azərbaycanın burada daha fəal olması gərəkdiyini bildirib. V.İskəndərov Ermənistanın yalan məlumatlarla dolu filmlər çəkdiyini və beynəlxalq arenada nümayiş etdirdiyini vurğulayaraq, Qarabağ müharibəsi ilə bağlı Azərbaycan filmlərinin dünya səhnəsində təbliğinin vacibliyini qeyd edib: "Biz gecikirik, erməni tərəfi artıq Oskara namizəd filmlərlə irəlidədir."

O, həmçinin, erməni dili və ermənişünaslıq üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini də qeyd edib. Türkiyənin tarixi filmlər vasitəsilə dünya miqyasında uğurlu təbliğat strategiyasını nümunə göstərən deputat, Azərbaycanın da bu yanaşmanı mənimsəməli olduğunu bildirib.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qərbi Azərbaycanlıların XX əsrdə dörd dəfə deportasiyaya məruz qalmasının BMT-nin İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq sənədlərə zidd olduğunu vurğulayıb: "Bu deportasiyalar zamanı qeyri-insani rəftar, Azərbaycan xalqı üçün tarixi faciədir." O, Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə də diqqət çəkərək UNESCO-nun bu sahədə daha fəal olmasını tələb edib. Deputat həmçinin, gənclərin bu həqiqətləri gələcək nəsillərə çatdırmaqda mühüm rol oynadığını qeyd edərək, beynəlxalq platformalarda bu faktları tanıtmağın vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Məşhur Məmmədov informasiya mübarizəsində cəmiyyətin birgə çalışmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək bildirib ki, bu mövzuda iki dildə hazırlanan film mühüm addımdır və digər qeyri-hökumət təşkilatlarının da bu işə qoşulacağına ümid edir: "Azərbaycan cəmiyyəti səfərbər olmalı və tarixi həqiqətləri dünyaya çatdırmalıdır."

Tədbirin sonunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi tərəfindən bir qrup deputat, tarixçi və araşdırmaçı alim fəxri fərmanlarla təltif ediliblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 825   Tarix: 28 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr