Bakıda eyni vaxtda leysan və günəşli havaya - Səbəb nədir?
Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Bakının bəzi ərazilərinə güclü yağış yağıb. Xüsusən paytaxtın Nərimanov, Sabunçu rayonlarında leysan müşahidə olunub. Lakin Yasamal, Binəqədi, o cümlədən, Xırdalandan olan izləyicilərimiz yaşadıqları ərazilərdə yağışsız və günəşli havanın müşahidə olunduğunu bildiriblər.
"Qafqazinfo" paytaxtda eyni vaxtda müşahidə olunan təzadlı hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.
Qurumun Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, bu gün səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.
Onun sözlərinə görə, payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir. Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır: "Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 996 Tarix: 28 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Beynəlxalq Teatr Günüdür
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur. xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib. Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - il
27 martBakıya düşən yağıntı aylıq normadan 6 dəfə çox OLUB - FAKTİKİ HAVA
Martın 29-u saat 12:00-a olan məlumata əsasən 27-dən 29-u səhərədək ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, səhər saatlarından yağıntılar tədricən zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağd
29 martAzkvadratlı mənzillərə tələbat ARTIB - Səbəb nədir?
Mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib. Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, bu tip mənzillər, xüsusilə, investisiya məqsədilə alınır. Yəni belə evləri şəxsi istifadə üçün alanların sayı azdır. Eksper
27 martBakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb
Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanınd
28 martSayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO
Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır. ATV-yə istinadl
29 martDünya bu gün 1 saat işıqsız qalacaq
Bu gün bütün dünyada "Yer saatı" (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir. Axşam.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martı
28 martAzərbaycan toyunda bu məşhur adət də DƏYİŞDİ - VİDEO
Sosial şəbəkələrdə yayılan maraqlı bir toy görüntüsü qısa zamanda gündəm olub. Videoda ənənəvi olaraq gəlinin gül atması mərasiminə fərqli yanaşma sərgilənib və bu, izləyicilərin diqqətindən yayınmayıb. Belə ki, adətə uyğun olaraq gəlin gülü subay qızlara atmaq əvəzinə, bu dəfə subay oğlanlar xüsus
29 mart