Bu şəxslərin təhsil haqqının dövlət tərəfindən qarşılanması məsələsi Milli Məclisdə müzakirə olunmalıdır - PSİXOLOQ
Son günlər tez-tez azyaşlı qızların evləndirilməsi xəbərləri ilə rastlaşırıq. Bəzi qızlarımız tələbə olmalı yaşda, ailələrinin zoru ilə gəlin olurlar. Bəs görəsən təhsildən yayındırılıb evləndiriilmək azyaşlı qızlarımızın psixologiyasına necə təsir edir?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, bu travma bir ömür onlarla yaşayır.:
"Bir çox qızlarımız var ki, təhsil almaq istəyirlər. Bəzən ailələrin buna qəti şəkildə yox demələri qızlarımızda həyatdan küskünlüyə gətirib çıxarır. Onlar təhsildən yayındırılıb evliliyə məcbur edilir və məlum məsələdir ki, qızlarımız bunu istəmir, özlərini hazır hiss etmirlər. Amma valideyinlər bunu başa düşmür. Onlar deyir ki, imkanımız yoxdur sən ailə qursan daha yaxşı olar. Yükümüz azalar. Bu cür durumlarla qarşı-qarşıya gəldiyi zaman hətta intihara belə sürüklənən qızlarımız olub. Onlar çıxış yolunu intiharda görüblər. Fərqi yoxdur, istər qız olsun, istər oğlan bu situasiyada biz bacardığımız qədər onlara dəstək olmalıyıq. İmkanı çatan şəxslər ehtiyacı olan qızlarımızın təhsil haqlarının ödənilməsinə kömək etmək üçün addımlar atmalıdır. Amma təbiidir ki, bunu hər dəfə etmək olmur. Çünki bilirik ki, təhsil haqları da həddindən artıq yüksəkdir. Bəzi hallarda valideyinləri də qınamaq olmaz. Məsələn rayondan gələn tələbələrin ev pulu, yemək pulu və illik təhsil haqqını da nəzərə alsaq, bəzi ailələrin həqiqətən də buna maddi imkanı çatmır.
İnsanlar həmişə xoşbəxtliklərini alınmayan şeylərə fokuslayirlar və sonra da düşünürlər ki, mən artıq xoşbəxt deyiləm. Bu travma da həmin uşaqlarda bir ömür qalır və qarşılarına çıxan bütün çətinliklərdə "Mən təhsil ala bilmədim deyə bütün bunlar başıma gəlir" düşüncəsinə qapılırlar. Amma insan istəsə elə özü bir çox şeylərin öhdəsindən gələr. Yəni tutaq ki, 17 yaşında təhsil ala bilmədin, amma sən 25 yaşında da oxuya bilərsən. Daha məntiqli, yetişkin halınla da təhsil ala bilərsən. Heç nə üçün heç vaxt gec deyil. Mən düşünürəm ki, potensiallı, savadlı amma oxumağa imkanı çatmayan qızların təhsil haqqının dövlət tərəfindən qarşılanması məsələsi Milli Məclisdə müzakirə olunmalıdır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2342 Tarix: 05 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabr