Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?Bir həftə öncə Astarada yük avtomobili tərəfindən vurularaq həyatını itirən Nazim Baxşiyevin özündən sonra 6 övladı qaldı. Fəhləlik edərək ailəsini dolandıran 44 yaşlı mərhumun ölümü günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. Hər kəsi təsirləndirən hadisədən sonra insanları 6 azyaşlı uşağın taleyi maraqlandırır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Nazim Baxşiyev iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı 3 il öncə vəfat edib. Bu evlilikdən onun 5 övladı olub. İkinci evliliyindən isə 1 övladı dünyaya gəlib. Baş verən qəzadan sonra 5 uşaq hər iki valideynindən məhrum vəziyyətə düşüb. Ailəni dolandıranın Nazim olduğunu nəzərə alsaq, ondan geriyə qalan 6 atasız övlad üçün həyatın heç də asan davam etməyəcəyini deyə bilərik...

İndi həmin uşaqların aqibəti necə olacaq?

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirdi ki, məsələ diqqətdə saxlanılır: "Həm rayon icra hakimiyyəti, həm də komitə tərəfindən uşaqlar nəzarətdədir. Hazırda həmin uşaqlar ata valideynləri olan nənə və babaları ilə birlikdə yaşayırlar. Onlar daha öncə analarını itirdikləri üçün müavinət alıblar. İndi də atalarının vəfatına görə müavinət alacaqlar. Uşaqlara psixoloji dəstək də göstəriləcək".

Baş verən hadisədən sonra uşaqlara hər hansı sosial yardımın düşüb-düşməməsi sualı ilə Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı bunları bildirdi: "Astara rayonu Diqo kənd sakini Baxşıyev Nazim Həziqulu oğlu vəfat edənə qədər birinci həyat yoldaşı Miracova Gülşən İmanqulu qızının vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə 480 manat sosial müavinət alıb.

Nazim Baxşıyevin ölüm haqqında şəhadətnaməsi təqdim edildikdən və müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mərhumun birinci həyat yoldaşından olan uşaqları ikinci həyat yoldaşı Minayə İbayevanın qəyyumluğuna verildikdən sonra ona mərhumun digər övladlarına görə də ailə başçısını itirməyə görə sosial müavinət ödəniləcək".

Bəs ümumiyyətlə, bu kimi hallarda ailələrə hansı dəstək göstərilməlidir?

Bu sualmızı isə vəkil Pərviz Məmmədov cavablayıb: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir".

Qeyd edək ki, hadisə oktyabrın 30-da Astara rayonunun Pensər kəndi ərazisində baş verib.1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1287   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr