"Qarabağ Zəfəri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin və hərb tariximizin ən əzəmətli hadisəsidir" - DEPUTAT

"Qarabağ Zəfəri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin və hərb tariximizin ən əzəmətli hadisəsidir" - DEPUTAT"Azərbaycanın tarixi zəfərə imza artmasından dörd il keçir. Qarabağ Zəfəri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin və hərb tariximizin ən əzəmətli hadisəsidir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq və qorxmazlıq nümünləri sərgiləyərək işğalçı Ermənistan və onlarla bərabər vandalizmi, işğal siyasətini birgə davam etdirən güclər üzərində parlaq qələbə qazandı:

"Nəticə etibarilə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə rəhbərimizin də qeyd etdiyi kimi gizləndiyi yerdən kapituliyasiya aktına imza atmağa məcbur oldu. Bu isə Ermənistan və dünya erməniliyinin "Miatsum" ideyalarının süqutu idi. Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan ordusu Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr və 10 noyabr 2020-ci il tarixlərində bütün təzyiqlər və ikili standartlara rəğmən 44 günlük Vətən savaşı ilə torpaqlarımızı azad, milli qürurumuzu bərpa etdi. Bununla da tarixdə ilk dəfə yaşanacaq hadisə, BMT-nin işğalı sonlandırmaq üçün qəbul etdiyi məlum qətnamələrin icrası ölkəmiz tərəfindən təmin edildi".

Deputat vurğulayıb ki, müharibə müddətində cənab Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm cəbhədəki prosesləri idarə edir, həm yeni strateji planları müəyyənləşdirir, həm də Baş diplomat olaraq proseslərin informasiya tərəfini və xarici siyasət sferasını uğurla reallaşdırırdı:

"Bu gün doğma Qarabağımız və Şərqi Zəngəzur əbədi olaraq erməni işğalından, separatizmindən təmizlənərək sürətli və dinamik inkişafa şahidlik edir. Ölkə başçımızın təsdiq etdiyi plana əsasən Böyük Qayıdış Proqramı uğurla davam etdirilir və məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Dünya çaplı lider səviyyəsinə qalxan Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezidentimizin ətrafında sıx birləşən Azərbaycan xalqı bundan sonra da yeni-yeni uğurlara imza atacaq.Əziz soydaşlarım, Zəfərimiz mübarək!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1115   Tarix: 07 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr