Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - Foto

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FotoAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi "Gənc fotoovçu yaşıl kənddə" adlı layihəsi həyata keçirir.

Ucnoqta.az xəbər verir ki, layihə çərçivəsində Quba rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki, layihənin müddəti 3 aydır.

Layihə çərçivəsində tədbirlətimizi şimal rayonlarında Xaçmaz rayonundan sonra Quba rayonunda keçirirk. Layihə gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən biridir. Ekoturistləri cəlb etmək üçün qoruqların da müstəsna əhəmiyyəti var.

Ölkəmizdə kifayət qədər qoruqların, yasaqlıqların mövcudluğu da ekoloji turizmin inkişafına şərait yaradan əsas amillərdən birinə çevrilə bilər. Bunun üçün həmin məkanlara gənc fotoqrafçılar aparmaq, həmin fotoları sosial şəbəkələrdə paylaşmaqla ekoturizmin inkişafına töhfə vermiş olarıq. Eyni zamanda, yaşıl kəndlərin füsunkar mənzərələri ilə yanaşı, təbiətdəki canlıları silahla yox fotoaparatla ovlamağı, təbiətin gözəlliklərini minlərlə insanlara göstərməklə zövq almağına xidmət edəcəkdir. Layihənin bildiyiniz kimi COP 29-un keşirilməsi ərəfsində icra olunması daha mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Tədbirdə iştirak edərək çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev və Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbin direktoru Sevil Allahverdiyeva Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin şimal regionunda keçirilməsini və regionun füsunkar yaşıllığının təbliğ olunmasındakı fəaliyyətinə görə təşəkkür etdilər və Quba rayonunda "Yaşıl Dünya naminə həmrəylik ili"ndə görülən işlərdən danışdırlar.

Tədbirdə çıxış edən ekspert Anar Sarıyev bildirdi ki, cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur." Tədbir iştirakşılarına "Gənc fotovçu", Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanıldı, iştirakçılara sertifikatlar verildi.

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FotoGənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FotoGənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FotoGənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 741   Tarix: 07 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ

Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur. Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğ

27 mart
.

Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntını

28 mart
.

Ölkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA

Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək v

26 mart
.

Bu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...

İki gün yağan intensiv leysan yağışları gündəlik həyata müxtəlif təsirlərini göstərib. Yolların su altında qalması, nəqliyyatın hərəkətinin çətinləşməsi və bəzi infrastruktur problemləri narahatlıq yaratsa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri var. Çünki uzun müddətdir quraqlıq olub və əkin sahələrinə

29 mart
.

Düyünü bişirməzdən əvvəl həmişə yumaq lazımdır?

Düyünün bişirilməzdən əvvəl yuyulmasının vacibliyi ilə bağlı aşpazlar açıqlama veriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düyünü yumaq onun üzərində qalan toz, çirk və artıq nişastanı təmizləyir. Bu isə bişdikdən sonra düyünün bir-birinə yapışmamasına və daha dadlı olmasına kömək edir

25 mart
.

Ağdamda bir nəfər MİNAYA DÜŞDÜ - Son vəziyyəti açıqlandı

Ağdamda Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb. Mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığ

26 mart
.

Bakıya düşən yağıntı aylıq normadan 6 dəfə çox OLUB - FAKTİKİ HAVA

Martın 29-u saat 12:00-a olan məlumata əsasən 27-dən 29-u səhərədək ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, səhər saatlarından yağıntılar tədricən zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağd

29 mart
.

Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen

29 mart
.

Azkvadratlı mənzillərə tələbat ARTIB - Səbəb nədir?

Mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib. Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, bu tip mənzillər, xüsusilə, investisiya məqsədilə alınır. Yəni belə evləri şəxsi istifadə üçün alanların sayı azdır. Eksper

27 mart