"Dünyanın yaşıl gündəliyinə mühüm töhfə verən COP29 riyakar dairələrə böyük siyasi zərbə vurmağı bacardı" - Bəhruz Quliyev

"Dünyanın yaşıl gündəliyinə mühüm töhfə verən COP29 riyakar dairələrə böyük siyasi zərbə vurmağı bacardı" - Bəhruz Quliyev"COP29-un Bakıda keçirilməsi Azərbaycanın böyük uğuru və ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bu tədbirin Azərbaycanda keçirilməsi həm region, həm də postsovet məkanı üçün əlamətdar hadisə sayılır. Dünyanı narahat edən çox önəmli hadisələrin müzakirəsi üçün platformanın Bakıda təşkil olunması onu deməyə əsas verir ki, paytaxtımız əlverişli məkandır. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində əldə etdiyi təcrübə, o cümlədən iqlim dəyişmələri sahəsində təşəbbüsləri, həyata keçirilən real layihələr ölkəmizin tərəddüdsüz olaraq COP29-a ev sahibliyi etməsini təmin edib. Dünyanın yaşıl gündəliyinə mühüm töhfə verən COP29 tədbiri həm də riyakar dairələrə böyük siyasi zərbə vurmağı bacardı".

Bunu Sonxeber.az-a danışan SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı çox maraqlı mövzulara toxunub:

"Prezident qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib. İki il əvvəl Azərbaycan və Avropa Komissiyasının Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdıqlarından danışan dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, bu, Avropa Komissiyasının təklifi idi. Çünki onlara bizim qazımız lazım idi. İxrac bazarlarından danışan Prezident bildirib ki, biz, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışırıq. Bunlardan biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir və bunun sayəsində Azərbaycan yaşıl enerjini Avropaya nəql edəcək. Azərbaycan Prezidenti çıxışında bəzi dairələrə mesaj göndərməyi də unutmayıb. Bildirib ki, onlar COP29-a qarşı boykot kampaniyası həyata keçirmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər. Buna baxmayaraq COP29-un 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçısı var. Beynəlxalq tədbirin təşkili və keçirilməsində əldə edilən uğurlar antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə oldu və dünya birliyi Bakının yaşıl gündəliyinin zənginliyinə şahidlik etdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1451   Tarix: 14 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr