"Beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq tədbirini də uğurla həyata keçirir" - DEPUTAT
"COP29 beynəlxalq tədbiri artıq, dörd gündür ki, uğurla davam edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun qiymətləndirilməsi deməkdir. Ölkəmizə qarşı bəzi Qərb ölkələri tərəfindən həyata keçirilən bütün qaryaxmalara və boykot təbliğatına baxmayaraq, Azərbaycan COP29 beynəlxalq tədbirini uğurla həyata keçirir. Beynəlxalq ictimaiyyətin tədbirə göstərdiyi diqqət ölkəmizin dünya iqlim diplomatiyası sahəsində qazandığı böyük bir uğur kimi qiymətləndirilməldir. Qeyd etmək lazımdır ki, tədbirdə 196 ölkədən 72 min iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, COP29 tədbiri çərçivəsində bir çox mühüm razılaşmalar əldə olunmuşdur:
"Bütün bunların iqlim dəyişiklikləri ilə mübarizə sahəsində yeni nailliyyətlərin əldə olunmasına töhfə verəcəyi şübhəsizdir. Xüsusilə qeyd etmək lazımdır ki, tədbir çərçivəsində əldə olunmuş ən böyük nailiyyət Paris sazişi çərçivəsində həllini tapmamış karbon bazarlarının tənzimlənməsini nəzərdə tutan 6-cı maddə ilə əlaqədardır. Beləki, COP29 tərbiri çərçivəsində bu məsələnin həllində irəliləyiş əldə olunması dünya iqlim siyasətinə verilmiş ən böyük töhfələrdən biridir. Şübhəsiz ki, burada ən vacib məqam belə ciddi bir məsələnin Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirdə həllini tapmasıdır. Bu, özlüyündə ölkəmizin beynəlxalq münaisbətlər sistemində artan rolunun və günü-gündən güclənən nüfuzunun əyani göstəricisidir. Cənab Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi "Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir".
Azərbaycan ənənəvi enerji resurslarına malik ölkə olmasına baxmayaraq, alternativ enerji mənbələrindən istifadəyə ən çox maliyyə vəsaiti ayıran ölkələrdən biridir. Bununla yanaşı Azərbaycan yaşıl enerjinin Avropaya ixrac olunması istiqamətində meqalayihə həyata keçirir. Bu, Avropanın enerji təklükəsizliyində vacib rol oynamaqla yanaşı, Avropanın yaşıl enerjiyə keçidinə mühüm töhfə verəcək. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın həyata keçirməyə başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Azərbaycanın qoşulduğu meqalayihlərdən biri də Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdir. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Bu baxımdan Azərbaycan Orta Dəhlizin həyata keçirilməsində mühüm rola malikdir. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur.Və bu meqalayihənin həyata keçirilməsində Azərbaycan mühüm rol oynayır.
Əminliklə deyə bilərik ki, beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq tədbirini də uğurla həyata keçirir. Şübhəsiz ki, bu tədbir qazanılan uğurları ilə dünya iqlim siyasətində özünəməxsus yer tutatacaq və hər zaman xatırlanacaq. Bir daha qeyd etmək lazımdır ki, dövlət Başçısı İlham Əliyevin "Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!" çağırışı hazırda planetimizə səs salaraq, Azərbaycanın dünyada artan nüfuzunun devizinə çevrilmişdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə