"Məktəblərdə bədii ədəbiyyat əlavə fənn kimi tədris edilməlidir" - AÇIQLAMA
Alimlərin qənaətinə görə, əgər uşaq 9 yaşına qədər mütaliə vərdişinə yiyələnməyibsə, o uşaq gələcəkdə heç vaxt mütaliə etmir. Uşaqlarda mütaliə vərdişlərinin yaranması üçün valideyinlər qədər məktəblərin də üzərinə müəyyən öhdəliklər düşür.
Bəs görəsən məktəblər şagirdlərdə mütaliə vərdişlərinin formalaşması üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib:
"Bizim orta ümumi təhsil müəssiələrimizdə şagirdlərə keçirilən dərslərlə yanaşı özünü inkişaf üçün əlavə proqramlar tətbiq olunmalıdır. Düzdür, bəziləri şagirdlərin dərs yükünün çox olduğunu əsas gətirərək bununla razılaşmaya bilər. Mən bununla da razıyam. Amma bizim tədris prosesinin əsas missiyası şagirdi qəbul imtahanına hazırlaşdırmaq deyil, onu şəxsiyyətyönümlü, düşüncəli, cəmiyyətə yararlı və müəyyən dəyərlərlə təmin olunmuş bir insan kimi yetişdirməkdir. Bunun üçün də orta ümumi təhsil müəssiələrində şagirdlərə bədii ədəbiyyat mütləq əlavə fənn kimi tətbiq edilməlidir. Bu, qiymətləndirməyə daxil edilməyə bilər. Amma icbariliyi əsas olmalıdır. Əmin ola bilərsiz ki, könüllü əsaslarla həyata keçirilsə bu o qədər də effekt verməyəcək. Hər sinifdən 1-2 nəfər bədii ədəbiyyat oxumağa meyil göstərəcək. Ona görə də bunun müəyyən bir nizamı olmalıdır. Motivasiya edici, stimullaşdırıcı tərəfləri olmalıdır. Məsələn hər ay bir və ya iki bədii ədəbiyyat nümunəsi oxuyan şagird müəyyən bir sertifikatla, məktəb rəhbərliyi tərəfindən kiçik bir fərqliliklə mükafatlandırılsa, bu, şagirdlər üçün də xüsusi uğur göstəricisi sayıla bilər. Mən xatırlayıram ki, universitetlərin birində bir-neçə il əvvəl rektor tərəfindən belə bir qərar verilmişdi ki, ixtisasdan asılı olmayaraq hər ay tələbələr bir və ya iki roman oxumalıdır. Həmin kitabların siyahısı rektorluq tərəfindən tətbiq edilmişdi. Mən istəyərdim ki, hər bir məktəbimizin pedoqoji şurası tərəfindən şagirdlərin zehin tutumuna, maraq dairəsinə uyğun olaraq siyahı hazırlansın və həmin siyahı həm Azərbaycan, həm də dünya ədəbiyyatını əhatə etsin. Şagirdlərimiz də onların vasitəsi ilə düşünməyi, hiss etməyi, söz bazasını zənginləşdirməyi, düzgün fikir yürütməyi eləcə də situasiyaya görə qərar qəbul etməyi öyrənsinlər. Şagirdlərin yaş dövrü elə bir zamandır ki, o vaxt mütaliə olunan kitablar insanın yaddaşında hər zaman qalır. İnsan ola bilər ki, tələbəlik dövründə və ya sonra oxuduğu hər hansı bədii ədəbiyyat nümunəsini unutsun, amma orta məktəbdə oxuduğu heç bir kitabı unutmur. Bu gün məktəblərdə şagirdlərə sadəcə bədii ədəbiyyat yox, dünyagörüşünü artıran elmi kütləvi ədəbiyyat oxunması tətbiq edilsə, məktəbi şagirdlərimiz üçün daha faydalı mexanizmə çevriləcək".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə