Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.
"Qafqazinfo"nun məlumatına görə, müğənni bu dəqiqələrdə vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.
Bu dəfə işə mahiyyəti üzrə baxılmır. İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediələcək, tərəflərin vəsatətləri dinləniləcək.
Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.
*
A. Ağayev elə ilk iclasda qısa çıxış edib. Müğənni verilmiş ittihamı qəbul etmədiyini deyib. Eyni zamanda qanuna güvəndiyini qeyd edərək, ədalətin yerini tapacağını vurğulayıb:
"Mən xoşbəxtəm ki, belə ölkədə yaşayıram. Hüquqlarımız qorunur. Qanunun aliliyi də işin gedişatından hiss olunur. Amma bu maddənin mənim üzərimə qoyulmasını qəbul etmirəm. Hər halda hər şey bəlli olacaq".
*
Zərərçəkmiş Nurəddin Cəlilov məhkəməyə vəsatət təqdim edib. Vəkili Rəna Məmmədova onun vəsatətini elan edib.
N.Cəlilov yazır ki, istintaq dövründə qanun pozuntularına yol verilib. O hesab edir ki, Ağadadaş Ağayevin əməlində daha ağır cinayətin - 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29 120.2.4-cü-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələrinin əlamətləri var. Qeyd edir ki, müğənni ona öldürmək məqsədi ilə balta atıb.
Zərərçəkmiş daha ağır maddə ilə ittiham verilməsi üçün cinayət işinin prokurora qaytarılmasını, barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Digər zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova da vəsatətin təmin edilməsini xahiş edib, "bir insan durduğu yerdə başqasına niyə balta atsın…? Təbii ki, öldürmək məqsədi olub", - vəkil əlavə edib.
A.Ağayevin vəkili Asim Abbasov vəsatətlərə etiraz edib. Vəkil qeyd edib ki, vəsatətlərin təmini üçün heç bir əsas mövcud deyil.
Prokuror isə fərqli mövqedən çıxış edib. İttiham tərəfi bəyan edib ki, hazırkı mərhələdə vəsatətin təmin edilməsi üçün əsas yoxdur.
Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir.
Onların ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə