Messi, Ronaldinyo və Laporte ölkəmizə nə qazandırdı? - RƏSMİ

Messi, Ronaldinyo və Laporte ölkəmizə nə qazandırdı? - RƏSMİ"Ölkəmizi tanıdacaq istənilən tədbir çox vacibdir və biz bunun əhəmiyyətini görürük. Sadəcə, belə tədbirlərin turizmə nə dərəcədə təsir etməsinin ölçülməsi dünya praktikasında yetərincə çətin məsələ olduğu üçün bizim qurum belə bir ölçmə aparmır".

Bu sözləri Ölkə.Az-a açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov deyib.

O bildirib ki, məsələn, Lionel Messi kimi dünya səviyyəsində tanınmış şəxslərin ölkəmizdə qonaq olmasının öz təsirini dolayısı ilə və uzun müddətdə göstərəcək:

"Biz beynəlxalq media resurslarını monitorinq edirik. Azərbaycan Turizm Bürosu beynəlxalq media ilə işlədiyi üçün bu kimi məsələlərlə bağlı özümüz də press-relizlər hazırlayırıq. Beynəlxalq media da istifadə edir və daha da qabardırlar. Messinin özünün də sosial şəbəkələrdə böyük izləyici kütləsi var və onlar da Azərbaycan haqqında məlumatlara baxırlar. Azərbaycana maraq yaranır və nəticədə o insanlar potensial ziyarətçiyə, gələcək turistlərə çevrilirlər".

C.Bayramov hansısa məşhur şəxsin ölkəyə nə qədər xarici turist cəlb etməsini nə üçün ölçməyin mümkün olmamasını belə izah edib:

"İl ərzində biz heç nə etməsəydik, ancaq Messi gəlsəydi, onda oturub nə qədər turistin cəlb edildiyini hesablamaq olardı. Təsir faktoru bir olsaydı, onu ölçmək, bəlkə də, mümkün olardı".

Büro rəsmisinin sözlərinə görə, Azərbaycana gələn istənilən tanınmış şəxslərlə bağlı məlumat turist cəlb etmək üçün istifadə edilir:

"Bizim COP29-da stendimiz var idi və Azərbaycana gələn qonaqlara burada səyahətə, qidaları dadmağa dəvət üçün təqdimatlar vasitəsilə nəsə öyrənməyə imkan yaratmışdıq. Fərqli qonaqlarımızdan biri də "Barcelona" klubunun prrzidenti idi. O, paxlava ilə çay içdi, xalça toxudu, bunlar hamısı bizim kommunikasiya kanallarında geniş işıqlandırıldı. Çalışırıq ki, istənilən hadisədən turist cəlb etmək üçün istifadə edək. Messini tanıyanlar beynində onun vasitəsilə ölkəmiz haqqında pozitiv əlaqələndirmə olur. Bu şəxslər növbəti dəfə Azərbaycanı araşdıranda onlara daha maraqlı gələcək".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2143   Tarix: 16 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr