"Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması vaxt itkisindən başqa bir iş deyil" - DEPUTAT

"Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması vaxt itkisindən başqa bir iş deyil" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. Ölkə Başçısı bu müsahibələrdə hər zaman Azərbaycanın dünyada artan nüfuzunu, gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla çatdırır. Prezident İlham Əliyevin beynəlxalq media agentliklərinə verdiyi müsahibələri reallıqları dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi rol oynayır. Ölkə Başçısı bu dəfə Rossiya Seqodniya Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kselyova müsahibə vermişdir. O, müsahibəsində regionda baş verən siyasi proseslərə, Ermənistanla münasibətlərə, ölkəmizin məruz qaldığı ikili standartlara xüsusilə diqqət çəkib, bir çox mühüm məsələlərə aydınlıq gətirib. Prezidentin bu müsahibəsi həm də dünyaya bir mesaj idi. Bu müsahibə Azərbaycanın əldə etdiyi bütün nailiyyətləri, Qafqazda iqtisadi, siyasi, hərbi və digər proseslərdə söz sahibi olduğumuzu təsdiq edən müsahibə idi".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, cənab Prezidentin proqram xarakterli müsahibəsi Azərbaycanın xarici siyasəti üçün bir yol xəritəsidir:

"Ölkə Başçısı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətləri barədə daxili və xarici auditoriyaya ətraflı, geniş məlumat verib. İlk öncə cənab Prezident Azərbaycan-Rusiya münasibətləri barədə mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Azərbaycan və Rusiya iki etibarlı tərəfdaşdır. Bu baxımdan qeyd etmək lazımdır ki, iki ölkə arasında 2022-ci ilin fevral ayının 22-də imzalanmış Bəyannamə olduqca mühüm əhəmiyyət kəsb edir. Bu bəyannamə iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən etməklə yanaşı, gələcək perspektivlər baxımından mühüm sənəddir. Bu haqda ölkə Başçısı deyib: "Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir. Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq".

Tamam Cəfərova qeyd edib ki, müsahibədə Rusiya-Azərbaycan münasibətləri ilə yanaşı Azərbaycanın xarici siyasətinin əsas məqamlarına aydınlıq gətirmişdir:

"Cənab Prezident İlham Əliyev Türkiyənin Azərbaycan hərbi bazasının yerləşdirilməsi barədə yayılan xəbərlərə də birdəfəlik aydınlıq gətirib. Ölkə Başçısı konkret olaraq bildirib ki, Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur və buna ehtiyac da yoxdur. Ona görə ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsində təhlükə yaxud təcavüz zamanı qarşılıqlı hərbi yardımı müəyyən edən bənd var. Bu həm Türkiyənin, həm də Azərbaycanın öhdəliyidir. Bununla yanaşı, Azərbaycan 1992-ci ildən bəri Türkiyə ilə davamlı birgə hərbi təlimlər keçirir. Azərbaycan ordusunun müasirləşdirilməsində Türkiyənin təcrübəsindən geniş istifadə olunur. Bir məqamı da xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycan yeganə ölkədir ki, NATO üzvü olan Türkiyə ilə yanaşı Rusiya ilə qarşılıqlı əməkdaşlıq edir. Bu isə Azərbaycanın beynəlxalq siyasi arenada müstəqil aktor kimi fəaliyyət göstərdiyinin əyani sübutdur".

Millət vəkili qeyd edib ki, müsahibə zamanı dövlət başçısı həm Ermənistan, həm də ona havadarlıq edən beynəlxalq güclərə, ən əsası Fransa, Hindistan və Birləşmiş Ştatlara ismarıcları ilə xüsusi diqqət çəkib:

"Cənab Prezident Ermənistanın silahlanmasının region üçün təhlükə kəsb etdiyini bildirməklə yanaşı, eyni zamanda Azərbaycanın da buna qarşı lazımı adekvat addımlar atdığını diqqətə çatdırıbQeyd olunub ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən lokal antiterror tədbirlərindən sonra qeyd etdiyimiz ölkələr Ermənistanı öldürücü silahlarla təmin edir. Azərbaycan bütün bunları diqqətlə izləyir və lazımi tədbirləri görür. Beləki, ermənipərəst dairələr Ermənistanı nə qədər silahlandırsa da, Ermənistan Azərbaycanla rəqabət apara bilməz. Cənab Prezident bu barədə deyib: "2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq.Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək".

Tamam Cəfərova vurğulayıb ki, Fransa bilməlidir ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır:

"Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması və ona siyasi dəstək verməsi vaxt itkisindən başqa bir iş deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2765   Tarix: 20 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr