Gündə 8 saat yatmasanız, 20 il sonra belə görünə bilərsiniz
Britaniyalı somnoloq yuxunun insan sağlamlığına və görünüşünə təsirini araşdırarkən, gündə yalnız 6 saat yatan şəxslərin 20 il sonra necə görünəcəyini kompüter modeli ilə nümayiş etdirib. Sophie Bostok yuxusuzluğun uzun müddət ərzində üz cizgilərinə necə təsir etdiyini göstərən təsirli bir foto paylaşaraq, insanların diqqətini çəkib.
Milli.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində gündə 8 saat yuxu almayan insanların dərilərində sallanma, qırışlar və göz altı qaralmalarının daha çox müşahidə olunduğu bildirilir. Bostok yuxusuzluğun uzun müddət davam etdiyi halda bu problemlərin zamanla daha da pisləşəcəyini vurğulayıb.
Bostok yuxu rejiminin cildin və ümumi sağlamlığın qorunmasında vacib rol oynadığını qeyd edir. Onun sözlərinə görə, hər gecə 7-8 saat yuxu insanın fiziki və zehni sağlamlığını qorumağa kömək edir, həmçinin dərinin gənc və təravətli qalmasına kömək edir.
Yuxu çatışmazlığına qarşı mübarizə aparmaq üçün sağlam yuxu rejimi qurmağın, düzgün qidalanmanın və stressdən uzaq durmağın vacibliyi vurğulanır. Bostok yuxusuzluğun sadəcə görünüşə deyil, həm də ümumi sağlamlığa ciddi təsir göstərə biləcəyini bildirir.
Beləliklə, gündə 8 saat yatmaq yalnız bədən sağlamlığını deyil, həm də gözəlliyi qorumağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR
Şirin və təzə görünən çiyələk bəzən gözlənilməz məyusluğa səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, mağazada diqqətdən yayınan kiçik bir detal həmin çiyələyi almaqdan imtina etmək üçün kifayət edir. bu riskləri təqdim edir:. Ən vacib xəbərdarlıq əlaməti. Mütəxəssislər bildirirlər ki, çiyələyi
14 iyunYazda ən vacib vitamin hansıdır?
Qış aylarından sonra orqanizm yeni mövsümə uyğunlaşmağa çalışır. Bu dövrdə bir çox insan halsızlıq, yorğunluq, yuxululuq və immunitetin zəifləməsi kimi problemlərlə qarşılaşır. Axşam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, yaz aylarında xüsusi diqqət yetirilməli olan vitaminlərdən biri D vitaminidir
7 iyunXərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir
Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta
3 iyunQəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?
Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. xəbər verir ki, əksər hallarda nəzərəçarpan damarlar orqanizmin çəki dəyişikliyi, fiziki aktivlik, isti hava v
31 mayAcqarına qəhvə içməyin orqanizmə görünməyən mənfi təsirləri açıqlandı
"Xüsusilə yuxusuzluq zamanı acqarına qəhvə içmək stres hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə sinir və ürək-damar sistemlərinə, eləcə də bütövlükdə orqanizmə mənfi təsir göstərir". xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq İnna Filatova nəşrinə açıqlamasında bildirib. Həki
2 iyunÖd kisəsində daşlar niyə yaranır? - Əsas əlamətlər və səbəblər - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında öd yolları xəstəlikləri haqqında müzakirə aparılıb. Öd kisəsində daşlar necə əmələ gəlir? Öddaşı xəstəliyində hansı hallarda əməliyyat qaçılmaz olur? Öd polipləri və öddaşının əlamətləri eynidir? Bütün poliplərdə əməliyyat zəruridir? Artıq çəki öd xəstəliklər
6 iyun