Orucluqdan sonra düzgün qidalanmanın YOLLARI
Ramazan ayında oruc tutanların sağlamlığını qorumaq və düzgün bəslənmək üçün bəzi önəmli tövsiyələr mövcuddur.
Bəs orucluqdan sonra düzgün qidalanmaq üçün nələrə fikir vermək lazımdır?
Diyetoloq Leyla Zülfüqarlı Ramazan sonrası bəslənmə zamanı önəmli olan məqamlarla bağlı Oxu.Az-a danışıb:
"Ramazan ayı sağlam qidalanma üçün bir fürsətdir. Çünki gün ərzində müəyyən müddət, orqanizm boş qalır. Biz təxminən 16 saat qidalanmırıq. Bu zaman metabolizmanın sürətinin ləngiyə biləcəyi ilə bağlı bəzi narahatlıqlar ola bilir. Məhz bu səbəbdən də iftar zamanı metabolizmi sürətləndirən qidalar qəbul edirdik. Orucluq bitdikdən sonra da eyni şey təkrar olunmalıdır. Çünki, orucluq müddətində hər gün 16 saatlıq fasilə verən orqanizm birdən-birə öz rutininə qayıdır və düşünsək ki, az da olsa, metabolizm prosesi zəifləyib, birdən-birə aşırı kalorili - yağlı, duzlu, şəkərli və qatışdırılmış qidaları çox qəbul etmək səhhətimizdə ciddi problemlər meydana çıxara bilər.
Bu səbəbdən də orucluq bitdikdən sonra da fasiləli şəkildə, gündə iki dəfə deyil, üç dəfə qidalana bilərik. Amma yenə də qidaları qarışdırmamaq və daha az karbohidratlı qidalara üstünlük vermək, daha çox kərə yağı, zeytun yağı, çərəzlərdən və meyvə-tərəvəzlərdən istifadə məsləhət görülür. Tərkibində şəkər olan məhsullar, un məmulatları, makaron, düyü, kartof kimi məhsullar azaldılmalıdır.
Çay saatı ilə yemək saatı qarışdırmamalıdır. Əgər bunu idarə edə bilsək, üç həftə ərzində, yavaş-yavaş metabolizmimiz öz əvvəlki vəziyyətinə qayıdacaq", - deyə L. Zülfüqarlı bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabr70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabr