Arıqlamağı sürətləndirən qidalanma SXEMİ

Arıqlamağı sürətləndirən qidalanma SXEMİKolorado Universitetinin alimləri müəyyən ediblər ki, həftədə üç gün dövri aclıq gündəlik kalori hesablamaqdan daha effektiv çəki itirməyə kömək edir.

Oxu.Az-ın məlumatına görə, tədqiqatın nəticələri "Annals of Internal Medicine" (AIM) jurnalında dərc edilib.

Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan 165 yetkin insan iştirak edib. Onlar iki qrupa bölünüblər. Birinci qrup modifikasiya edilmiş aclıq rejimini saxlayıb - həftədə üç gün (ardıcıl olmayaraq) iştirakçılar adətən qəbul etdiklərindən 80% daha az kalori qəbul etməli idilər. Qalan günlərdə könüllülər ciddi məhdudiyyətlər olmadan qidalanıblar.

İkinci qrupdakı sınaq iştirakçıları hər gün klassik kalori defisitinə riayət ediblər. Qeyd olunur ki, bütün iştirakçılar idman zalına pulsuz abunələr alıblar - onlara həftədə ən azı 300 dəqiqə idmanla məşğul olmaq tövsiyə edilib.

Hər iki qrup qəbul edilən kalorini izləmək üçün tətbiqlərdən istifadə etməyi öyrənib.

Könüllülərə, həmçinin gündəlik kalorinin 55%-ni karbohidratlara, 15%-ni zülallara ayırmaq, qalan 30%-ni isə yağlardan almaq məsləhət görülüb.

Könüllülər bir il ərzində pəhrizə riayət ediblər. Eksperimentin sonunda birinci qrupdakı iştirakçılar gündəlik kalori məhdudiyyəti olan qrupla müqayisədə orta hesabla bədən kütləsinin 7.6%-ni itirib, ikinci qrupda isə bu göstərici 5% olub.

Üç günlük interval aclığına riayət edənlərdə, həmçinin bir neçə kardiometabolik göstəricilərdə daha əlverişli dəyişikliklər müşahidə edilib. Xüsusilə, belə qidalanma sxemi sistolik arterial təzyiqi azaltmağa, xolesterin (ümumi və ASLP) və acqarnına qan qlükozası səviyyələrini normallaşdırmağa kömək edib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 902   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki

13 iyul
.

Tərkibində maqnezium yüksək olan 12 qida

Maqnezium orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bununla belə, bir çox insan bu elementi qida vasitəsilə kifayət qədər qəbul etmir. Diyetoloqlar maqneziumun ilk növbədə qida məhsullarından alınmasını tövsiyə edirlər, çünki bu yolla orqanizm digər faydalı maddələri də qəbul edir

6 iyul
.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətli bir xəstəlikdir. Dünya üzrə milyonlarla insanı təsir edən bu xəstəliyin diaqnoz

4 iyul
.

Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı

XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri

27 iyul
.

Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı

Dondurma, buzlu içkilər və digər soyuq qidaların qəbulundan sonra yaranan qəfil ağrı tibbdə soyuq stimuluna bağlı baş ağrısı adlanır. Xüsusilə yay aylarında daha çox rast gəlinən bu vəziyyət qısamüddətli olsa da, kifayət qədər narahatlıq yarada bilir. xəbər verir ki, bu vəziyyət çox soyuq qida və y

12 iyul
.

Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin

Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmada

24 iyul
.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyər

25 iyul
.

Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə

Su orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bir çox insan gün ərzində tövsiyə olunan miqdarda su qəbul etmir. Qaynarinfo "BHG" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar su içməyi gündəlik vərdişə çevirməyə kömək edəcək sadə məsləhətlər bölüşüblər. Diyetolo

13 iyul
.

İnsan ömrünün son həddi açıqlandı

Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. "Qafqazinfo"nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas

24 iyul