SOS: Uşaqlar arasında kütləvi virus yayılıb - SİMPTOMLAR

SOS: Uşaqlar arasında kütləvi virus yayılıb - SİMPTOMLARHazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma halları müşahidə edilir. Xəstəlik əsasən temperaturun yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək və sair kataral simptomlarla özünü büruzə verir.

Qızdırma, ishal, ürəkbulanma, boğaz ağrısı... Son bir həftədə sosial şəbəkələrdə ölkə ərazisində uşaqlar arasında kütləvi virusun yayıldığı iddia olunur. Hətta bu virusun yeni və təhlükəli olduğunu vurğulayanlar da var. Valideynlər bildirirlər ki, virusa yoluxan uşağın hərarəti 3-4 gün yüksəlir, kəskin boğaz ağrısı müşahidə olunur və heç bir dərman təsir etmir.

Bəs bu virus həqiqətən kütləvi xarakter daşıyırmı? Ən əsası, iddia olunduğu kimi yeni virusdur, yoxsa mövsümi xəstəlik?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir"

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkə ərazisində yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir: "Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma halları müşahidə edilir. Xəstəlik əsasən temperaturun yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək və sair kataral simptomlarla özünü büruzə verir".

"Vaksinasiya olunması vacibdir"

Qurumdan bildirilir ki, uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi və ya immuniteti zəif olan şəxslər kəskin respirator virus infeksiyalarına daha çox həssasdırlar: "Onların mövsümi qrip əleyhinə vaksinasiya olunması vacibdir. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər".

Həmçinin xəstəliklə mübarizə üçün xüsusilə mövsüm dəyişikliyi zamanı vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi qorumaq, mövsümə uyğun geyinmək, immun sistemini gücləndirmək məsləhət görülür.

"Antibiotik müalicəsi ilə simptomlarda dəyişiklik görülmür"

Pediatr Nigar Mirzəyeva deyir ki, son zamanlar uşaqlar arasında viral infeksiyalara rast gəlinir. Mütəxəssisin sözlərinə görə, xüsusilə də qrip peyvəndi olunmayan uşaqlarda influenzanın A və B tipi müşahidə olunur: "Uşaqlarda uzun müddət davam edən yüksək hərarət, ümumi halsızlıq, iştahasızlıq şikayəti ilə bizə müraciət olunur. Bu şikayətlərlə yanaşı, digər viral infeksiyalarda görülən respirator əlamətlər - burun axıntısı, boğaz ağrısı, öskürək müşahidə edilir. Virus bəzən ağır keçdiyindən valideynlər antibiotik müalicəsinə başlayırlar. Təbii ki, virus infeksiyalarının müalicəsində antibiotikin rolu olmadığı üçün simptomlarda dəyişiklik görülmür".

"Diaqnozun 48 saatda qoyulması çox vacibdir"

Pediatrın sözlərinə görə, diaqnozun 48 saatda qoyulması çox vacibdir: "Çünki ilk 48 saat ərzində qoyulan diaqnoz nəticəsində başlanılan antiviral müalicə effektli olur. Qorunma yolu isə hər zaman qrip peyvəndidir. Qrip peyvəndi əsasən oktyabr və noyabr aylarında vurulur ki, influenzanın epidemiyası olanda uşaqları qoruya bilək".

Mövsümi xəstəliklər - rotavirus

Pediatr-infeksionist Aytən Ziyadova bildirdi ki, mövsüm dəyişikliyi ilə bağlı olaraq, uşaqlarda mövsümi xəstəlikləri görmək mümkündür. İnfeksionistin sözlərinə görə, son zamanlar müşahidə olunan virus, əsasən rotavirusdur: "Rotavirus, xüsusilə uşaqlarda mədə-bağırsaq infeksiyalarına səbəb olan, çox yüksək yoluxma qabiliyyətinə malik bir virusdur. Bu xəstəlik uşaqlarda güclü ishal, qusma və bədən temperaturunun yüksəlməsi ilə özünü göstərir. Əgər uşaqda qidalanmada problem yaranarsa və su itkisi baş verərsə, bəzən həyati təhlükə yarada bilər".

İlk beş yaş risklidir...

Rotavirusun yaranma səbəbinə gəldikdə, həkim bildirir ki, uşaqların xüsusilə ilk beş yaşında bu xəstəliyə tutulma riski daha yüksəkdir: "Rotavirus, Reoviridae ailəsinin üzvü olan bir virusdur. Virus tualet vasitəsilə və ya infeksiyalı şəxsin əşyalarına təmas nəticəsində yayılır. Rotavirus infeksiyasına yoluxmuş şəxs, xüsusilə ishal dövründə virusu çox miqdarda yayır. Virus həmçinin infeksiya daşıyıcısı olan əşyalar və ya çirklənmiş su vasitəsilə də yayıla bilər".

Güclü ishal, qusma, yüksək hərarət

Virusun simptomlarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, rotavirus infeksiyasının simptomları ümumiyyətlə 1-3 gün sonra meydana gəlir. Simptomlar güclü ishal, qusma, yüksək hərarətdir. İnfeksiya bədən temperaturunun 38°C və ya daha yüksək olmasına səbəb ola bilər. Həmçinin bu virus ürəkbulanma və halsızlıqla da özünü göstərir".

Vaksinasiya, təmiz mühit, sağlam qidalanma

Virusdan qorunma yollarına gəldikdə isə, həkim bildirir ki, uşaqların əllərini yeməkdən əvvəl və tualetdən sonra yaxşıca yuyulduğuna əmin olmalıyıq. Vaksinasiya, təmiz mühit, sağlam qidalanma, sosial məsafə və maskalardan istifadə etməklə bu virusdan qorunmaq mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1196   Tarix: 12 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ

23 oktyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr