Bu futbolçu "Qarabağ"dan 700 min manat maaş istəyir
"Qarabağ"ın futbolçusu Yassin Benzia klubdan maaşının artırılmasını tələb edir. 30 yaşlı futbolçunun klubla müqaviləsi bu yay başa çatır.
Sonxeber.az qol.az-a istinadən xəbər verir ki, Benzia "Qarabağ"da qalmaq istəyir. Lakin bir şərtlə ki, yeni müqavilədə onun maaşı artırılsın.
Əlcəzairli oyunçunun hazırda Ağdam klubunda bir mövsümlük qazancının 700 min manata yaxın olduğu iddia edilir. Klub özü futbolçunun maaşını açıqlamır.
Tərəflər yeni müqavilə imzalamaq istəyirlər. Klub rəsmiləri bur müddət əvvəl Benzia ilə danışıqlar apardıqlarını bildiriblər. Futbolçu özü də aprelin 11-də azərbaycanlı jurnalistlərə açıqlamasında "Qarabağ"la müqaviləni uzatmaq üçün danışıqlar apardığını təsdiq edib. Amma o, yeni mövsümdə klubda qalıb-qalmayacağı barədə suala qeyri-müəyyən cavab verib.
"İndi dəqiq fikir səsləndirə bilmərəm, hazırda danışıqlar gedir. Təbii ki, "Qarabağ"da olmaqdan məmnunam. Baş məşqçi, klub, bir sözlə, hər şey ürəyimcədir. Lakin danışıqların necə yekunlaşacağını zaman göstərəcək" - deyə futbolçu bildirib.
Benzia "Qarabağ"da qalmağı həm də ona görə istəyir ki, bu komanda Avropa kuboklarının daimi iştirakçısıdır. Və hər bir futbolçu bu yarışların əsas mərhələsində oynamağı və özünü göstərməyi istəyir.
Amma o biri tərəfdən ona gələn cəlbedici təkliflər futbolçunun getmək həvəsini artırır.
Bu arada Əlcəzairin bir neçə media qurumu Yassin Benzianın mövsümün sonunda klubu tərk edəcəyini yazıb. Onun karyerasında yeni bir mərhələ başlanacağı iddia olunub. Benzianın yeni mövsümdən Səudiyyə Ərəbistanında oynayacağı bildirilib. Bildirilir ki, 30 yaşlı futbolçunu maliyyə imkanları cəlb edir.
Ağdam klubunda uğurlu çıxışından sonra Benzia 2024-cü ilin mart ayında yenidən milliyə çağırılıb. Əlcəzairin "DZfoot" saytının məlumatına görə, məhz millidəki bəzi komanda yoldaşları Benzianı "Qarabağ"dan ayrılaraq Səudiyyə Ərəbistanında oynamağa təşviq edir. Onlar özləri də həmin liqada çıxış edirlər. Sayt yazır ki, Benzia bu futbolçuların söhbətlərindən təsirlənib. Söhbət konkret olaraq Riyad Mahrez ("Əl-Əhli"), Houssem Aouar (Əll-Ittihad") və Saif Benrahmadan (NEOM SC) gedir.
Qeyd edilir ki, bəzi aparıcı Səudiyyə Ərəbistanı klubları onunla maraqlanır. Onların adları açıqlanmayıb. Lakin qeyd edilir ki, Benzia "Qarabağ"dan ayrılsa, karyerasının ən bahalı müqaviləsinə imza atacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 4118 Tarix: 15 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib
17 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabrNeymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabr