Hər səhər acqarına bir qaşıq için - Bədəni təmizləyir, sızanaqların qarşısını alır
Ənənəvi tibbin və müasir elmin bir araya gəldiyi bu sadə inqrediyent - alma sirkəsi gündə cəmi bir qaşıq miqdarında qəbul edildikdə bədənə saymaqla bitməyən faydalar bəxş edir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, sirkə immun sistemini gücləndirir, xüsusilə də mövsüm dəyişiklikləri zamanı infeksiyalara qarşı bədəni qoruyur. Antioksidant və probiotik təsiri sayəsində orqanizmi xarici təsirlərə qarşı daha dayanıqlı hala gətirir.
Səhərlər acqarına bir stəkan suya əlavə edilərək içilən alma sirkəsi maddələr mübadiləsini sürətləndirir, yağ yandırma prosesini dəstəkləyir və iştahı tənzimləyir. Beləliklə, həm şirin istəkləri azaldır, həm də uzun müddət toxluq hissi yaradır.
Araşdırmalara görə, yeməkdən əvvəl qəbul edilən sirkə karbohidratların qana qarışma sürətini azaldaraq qan şəkərində ani sıçrayışların qarşısını alır. Bu xüsusiyyət diabet riski olan və ya insulin müqaviməti yaşayan şəxslər üçün əhəmiyyətlidir.
Sirkə yalnız daxili sağlamlığa deyil, dəriyə də müsbət təsir göstərir. Antibakterial təsiri ilə sızanaqların qarşısını alır, məsamələri sıxaraq dərini təmizləyir və parlaqlıq verir. Xaricdən tonik kimi istifadə oluna bilən sirkə, həm də orqanizmi toksinlərdən təmizləyərək dəriyə dolayı yolla dəstək olur.
Sirkə hər nə qədər təbii məhsul olsa da, turşulu quruluşu səbəbindən həssas mədələrə zərər verə bilər. Mədə problemi olanlar və dərman qəbul edən şəxslər sirkəni istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidirlər. Günlük dozanın isə bir çay qaşığını keçməməsi tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabr