Uşaqlarda yanıq olan zaman valideynlərin yol verdiyi səhvlər - FOTO
"Uşaq çaydan, qaynar sudan yana və ya əli, hər hansı yeri sobaya, ütüyə yapışa bilər. Fərq etmir, hər bir halda ilk yardım yanıq köpüyü vurmaq deyil".
Ölkə.Az xəbər verir ki, bunu oediadtr Aytən İsmayılzadə deyib. O bildirib ki, Düzgün ilk yardım həmin yanmış yeri axar suyun altında 15 dəqiqə saxlamaqdır:
"Çünki biz tez zamanda soyutmasaq, orada toxumaların istinin təsirindən "bişməsi", dağılması davam edəcək və sonrakı mərhələ çətin olacaq.
Soyuq suyun altında saxladıqdan sonra yanıq köpüyü vura bilərik. Köpüyün tərkibində keyləşdirici bir maddə - pantenol maddəsi olur ki, sağalma getsin.
Əlbəttə, sağalma dərhal gedə bilməz, amma biz yaraya infeksiya düşməsini önləməliyik. Ona görə də yanığa kartof, qatıq, diş pastası, bitki tağı vurmaq olnaz. Çaytikanı yağı vurururq sağaldıcı məqsədlə amma onu da dərhal yox. Yanığın üstünə "sintomisin" məlhəm vurub steril bint ilə bağlaya bilərik".
Həkim yanıqlardan sonra yaranan suluqlarla bağlı da məsləhət verib:
"Bu barədə də yalnış fikirlər var. Kimi deyir, suluğa dəymə, yoxsa yeri qalar, kimisi deyir, suluq qalsa, yeri qalar. Yanıq izinin qalması suluğa bağlı deyil. Suluq nədir ki, dərinin üst qatının ayrılması və onun altına toxuma mayesinin yığılması. Yəni o qat yenidən yarana bilir. Amma yanıq dərin olarsa, alt qata keçərsə, yerində çapıq izi qala bilər. Və bunun önlənməsi üçün xüsusi vasitələr yoxdur.
Suluğu steril iynə ilə deşirik. Böyuk olanda steril qayçı ilə kəsirik. Yoxsa vurulan məlhəmlər də təsir etməz. Yanıq sahəsi çox , dərin və dərəcəsi 2-dən yuxarı olanda mütləq xəstəxana şəraitində müalicə aparılmalıdır.
Şəkildə gördüyünüz ikinci dərəcədir, sahəsi çox deyil və ev şəraitində müalicə edilə bilər.
Böyük sahə ikinci dərəcə yanıq və uşağın yaşının kiçik olması çoxlu toxuma mayesi itirməyə səbəb ola və uşağın həyatı üçün təhlükə yarada bilər. Böyük sahə infeksiyalaşarsa, sepsisə gətirə bilər.
Yanıq yeri yaxşılaşdıqca yerində qaşınma, qırmızılq olur. Bu, sağalma prosesini göstərir və yeni üst təbəqə yaranır.
Yanma zamanı güclü ağrı olur. Mütləq ağrı ilə də mübarizə aparmalıyıq. İlk saatlarda parasetamol tərkibli şam ya sirop vermək olar. Yanıq yerinə "novokain" məhlulunu tökmək olar.
Birinci dərəcə yanıq qızartı şəklində olur. Onu açıq saxlamaq olar. Amma dəri tamlığı pozulubsa, bağlamaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabr