"Yuxu – bədənin və zehnin bərpa dövrüdür" – psixoloq yuxusuzluğun fəsadlarından danışdı - AÇIQLAMA

"Yuxu – bədənin və zehnin bərpa dövrüdür" – psixoloq yuxusuzluğun fəsadlarından danışdı - AÇIQLAMA"Yuxu, ümumilikdə insan sağlamlığı üçün həyati əhəmiyyət daşıyan proseslərdən biridir. Bu, yalnız fiziki deyil, eyni zamanda zehni və emosional sağlamlığın qorunmasında mühüm rol oynayır. Bəzən insanlar yuxuya bir seçim kimi yanaşır – "olsa da olar, olmasa da", yaxud "yatacağım vaxtda da işləsəm daha səmərəli olar" kimi fikirlər formalaşır. Lakin bu, səhv yanaşmadır".

Bu sözləri Sonxeber.az-a Amerika psixoloqlar assosasiyasının üzvü, Psixoloq Konsultant Şirin Məmmədli danışıb.

"Yuxu – bədənin və zehnin bərpa dövrüdür" – psixoloq yuxusuzluğun fəsadlarından danışdı - AÇIQLAMAPsixoloq açıqlamasında qeyd edib ki, yuxu – bədənin və beynin bərpası, tarazlanması və informasiyaların inteqrasiyası üçün vacib bir dövrdür:

"Yuxu psixoloji, fiziki və emosional baxımdan insanı yenidən qurur. Son illər isə yuxusuzluq şikayətləri artmaqdadır. Psixoloqların sözlərinə görə, bunun səbəbləri çoxşaxəlidir. Ən önəmlilərindən biri isə anksiyete – yəni həyəcan pozuntusudur. Bu hal bədəndə gərginlik, ürəkdöyünmənin artması, tez-tez oyanma kimi simptomlarla müşahidə olunur. İnsanlar beyinlərini məşğul edən çoxsaylı suallara görə yuxuya getməkdə çətinlik çəkirlər.

Əgər yuxusuzluq 3 həftədən çox davam edirsə, bu artıq ciddi hesab olunur və xroniki hala keçə bilər. Təəssüf ki, psixoloqlara müraciət edən şəxslərin çoxu bildirir ki, illərdir düzgün yata bilmirlər – bu da müalicə prosesini çətinləşdirir və problemin daha da dərinləşməsinə səbəb olur. Belə hallarda insan eyni zamanda həm psixoloqa, həm psixiatr, bəzən isə endokrinoloqa müraciət etməli olur.

Bu hal depressiyanın və ya anksiyetenin ilkin simptomu ola bilər. Ona görə də problemin erkən mərhələdə aşkarlanması və düzgün yönləndirilməsi həyat keyfiyyətini ciddi şəkildə yaxşılaşdıra bilər.

Yuxusuzluğun fiziki fəsadları da az deyil. Aclıq hormonlarının artması nəticəsində insan kökəlməyə meyilli olur. Bəzi xroniki hallarda isə "donma" kimi vəziyyətlər müşahidə olunur – yəni insan ətrafda baş verən hadisələrə reaksiya verməkdə çətinlik çəkir, sanki öz həyatını kənardan izləyirmiş kimi hiss edir.

Bu kimi ağır nəticələrin qarşısını almağın yeganə yolu vaxtında peşəkar yardıma müraciət etməkdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2223   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində

29 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr