Astarada qadın sahibkar sevgilisinin evinə hücum etdi: Arvadı və qızını döydü
Astarada qadın sahibkar sevgilisinin evinə hücum edərək ailə üzvlərini döyüb.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib. Kənd sakini Tarifə Əliyeva həyat yoldaşı Rəfail Əliyevlə rayon ərazisindəki "Astara Mall" ticarət mərkəzində alış-veriş edərkən orada satıcı işləyən qızlar Rəfaili göstərərək, "Vəfanı saxlayan oğlan gəldi" deyib. Bunu eşidən Rəfailin həyat yoldaşı Tarifə qızlara "bu mənim ərimdir" deyib və Vəfanı söyüb. Həmin vaxt Vəfa mağazada olmayıb və iş yerinə gələrkən Tarifənin onu söydüyünü eşidib.
Axşam saatlarında Vəfa içkili vəziyyətdə özünə məxsus avtomobillə Rəfail Əliyevin evinə gedib. Yolda o, Rəfailə zəng vuraraq, söhbət etmək istədiyini bildirib, Rəfail isə evdə olmadığını deyib. Qadın Rəfailin həyətinə gedərək onun evinə hücum edib, həyat yoldaşını təhqir etməyə başlayıb. Tarifə və qızı onu evindən çıxarmağa cəhd etsələr də, mümkün olmayıb. Vəfa Tarifə və qızına xəsarət yetirib. Rəfailin tanışları və qonşular hadisə yerinə gələrək Vəfanı evdən çıxara biliblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Vəfaya qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 846 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabr