Üç uşaq atası olan qazinin pensiyası niyə kəsilib? - Rəsmi açıqlama

Üç uşaq atası olan qazinin pensiyası niyə kəsilib? - Rəsmi açıqlama"Vətən müharibəsində döyüşmüşəm, yaralanmışam. Mənə 5 il müddətinə üçüncü qrup əlillik verilib. Amma 3 il keçməmiş heç bir səbəb göstərmədən pensiyamı və Prezident təqaüdünü kəsiblər".

Bu iddia ilə "Qafqazinfo"ya Masallı rayonunun Xırmandalı kəndindən olan Vətən müharibəsi qazisi Rəşad Gülverdi oğlu Ağazadə müraciət edib.

Onun sözlərinə görə, əlillik təyinatı 2021-ci ildə aparılıb, ümumilikdə 945 AZN pensiya və təqaüd alıb: "615 manat əlilliyə görə və 330 manat Prezident təqaüdü alırdım. Ötən ilin dekabrında pensiyam, bu ilin yanvarında isə Prezident təqaüdüm dayandırılıb. Bununla bağlı heç bir səbəb də göstərilməyib. Bilmədim kimsə məndən şikayət edib, ya nə olub?.. Məni komissiyaya çağırdılar, heç yoxlamadan belə qərar verdilər.

Dizimdən iki dəfə əməliyyat olunmuşam. Ön çarpaz bağlar kəsilib, onları bərkidiblər. Ayağımı rahat işlədə bilmirəm, qatlanmır. Uzun müddət xəstəxanalarda qalıb müalicə almışam. Mən döyüşdə can qoymuşam, indi pensiyamı kəsib məni pis vəziyyətdə qoyublar. Özüm də 3 övlad atasıyam".

Qazinin saytımıza göndərdiyi sənəddə də əlilliyin 2021-ci ildə 5 il müddətinə təyin edildiyi və növbəti müayinə tarixinin 17.11.2026 ildə olacağı qeyd edilib.
Üç uşaq atası olan qazinin pensiyası niyə kəsilib? - Rəsmi açıqlamaProblemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, pensiyanın dayandırılması vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi ilə bağlıdır: "Rəşad Ağazadə 24.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib. Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq şəxsin tam reabilitasiya olunması barədə qərar qəbul edilib".

Qeyd edək ki, R.Ağazadə Vətən müharibəsində göstərdiyi xidmətlərə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Üç uşaq atası olan qazinin pensiyası niyə kəsilib? - Rəsmi açıqlama


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 829   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr