İçərişəhərlə bağlı yeni - Məhdudiyyət
İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb.
Sonxeber.az-ın məlumatına görə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Trend"ə bildirilib ki, yeni tənzimləməyə əsasən, qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.
"Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nəğdsiz qaydada (azparking, post terminal və s.) mümkündür", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir: "Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə qoruq ərazisinə daxil olunmaması xahiş olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır
Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Sıxlığa görə 3 avtomobil yolu inşa ediləcək
Qurban Qurbanov futbolçularını SEVİNDİRDİ
Azərbaycanda toyda bu adət DƏYİŞDİ - VİDEO
Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ
Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - VİDEO
Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
Ərdəbildə minlərlə insan ayağa qalxdı
Zaurun əməkdar artistlə illər öncəki VİDEOsu müzakirə yaratdı
Corcinadan 20 milyon dollarlıq - Foto
Abbas Bağırov buna görə Gəncəyə köçüb
Borca görə ana və oğlunu döyüb - Bunu da etdi - Foto
80 yaşlı qayınanası ilə evləndi: qəribə evliliyin səbəbi nə olub?
"Tramp onu gizlicə İranin yeni lideri seçib" - KİV