"Oyunlarınızın son dördünü izləmişəm, bu, ədalətli qələbədir"

"Oyunlarınızın son dördünü izləmişəm, bu, ədalətli qələbədir""Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm".

"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən bildirib.

"İlk növbədə, komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var.

Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz.

Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər.

Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu qələbələrin davamı olsun.

Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var.

Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm", - dövlət başçısı qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 901   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya

17 sentyabr
.

Frenki de Yonq qışda "Barselona"dan ayrıla bilər

Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə

10 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund

11 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr